Toxuna bilmədiyim biri ücün darıxırsamsa darıxdığım ürəyimə toxunmuşdur coxdan...

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 2 856
Səs ver:
(səs: 1)
İçimdən bir şer yazmaq gəldi.
Yazıram, çünki sevirəm, sevirəm, çünki hiss edirəm, hiss edirəm, çünki yaşayıram, yaşayıram, çünki səninləyəm!

Röyaların ən gözəlini görürkən, Tanrının səni qorumaq üçün göndərdiyi mələklərin qanadları o qədər böyük olsun ki, ən məsum anında belə kimsə sənə zərər verə bilməsin.

Günəş aydınlatmaq, quş uçmaq, külək əsmək üçün mən isə səni sevmək üçünəm. Mən səni sevirəm.

İnsanlar tanıdım ulduzlar kimi idilər. Hər biri göydə idi. Hər biri parlayırdı, amma mən səni günəşim seçdim və bir günəş üçün min ulduzdan vaz keçdim.

Məsafələr kiçik sevgiləri yox edib, böyükləri isə artırar. Necə ki, külək şamı söndürür, atəşi alovlandırar.

"Bir can düşün bədənsiz. Bir bədən düşün qəlbsiz, bir qəlb düşün sevgisiz, bir də məni düşün sənsiz.

Həyatda mənim üçün ən dəyərli şeyi sənə vermək istərdim. Amma səni sənə verə bilmərəm.

Hamını sevə bilərdim sevməyə səndən başlamasaydım.

Sən uçurum kənarında açan bir çiçək olsan və öləcəyimi bilsəm də səni qoparardım.

Güllər həmişə əllərində açsın, tikanları əllərinə batmasın, sevda həmişə səni tapsın amma səni yaralamasın, xoşbəxtlik həmişə ürəyinə dolsun, amma sevənini unutdurmasın.

Çığır dünyaya bütün gücünlə və ya pıçılda qulağıma səssizcə. Necə istəyirsən elə et, yetər ki mənə səni sevirəm söylə.

Səni dünən sevmədim, dünənlər bitdi. Səni bu gün də sevmirəm, bu günlər də bitəcək. Səni sabah sevəcəyəm, çünki sabahlar heç bitməyəcək.

Bir gün günəş doğmağı, ay batmağı unudarsa mən də səni unudacam.

Quyruqlu ulduzlar olur, dünyaya yetmiş ildə bir gəlirlər. İnsanlar onu həyatı boyunca bəlkə bir dəfə görər. Mən o ulduzu gördüm, o da sənsən birdənəm.

Səni sevdiyim qədər yaşasaydım ölümsüzlüyün adını eşq qoyardım...

Nə sıravi bir sevgini yaşayacaq qədər sadə biriyəm.Nə də səni sıravi bir sevgiyə qurban edəcək qədər hər hansı biri.

Əgər səni necə və nə qədər sevdiyimi öyrənmək istəyirsənsə mənə yeni bir dil tapmalısan çünki sənə olan sevgimi izah etmək üçün sözlər tapa bilmirəm.

Toxuna bilmədiyim biri ücün darıxırsamsa darıxdığım ürəyimə toxunmuşdur coxdan...

İki yanlış bir doğru etməzmiş...Bəs ikimiz doğruysaq və digər hər kəs yanlışsa?..

Sən məni Allahdan istəməyi bil..Mən dua olub ürəyinə,Amin olub dilinə düşməsini bilərəm.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 856
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri