"AYRILIQ" SÖZLƏRİ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 37 011
Səs ver:
(səs: 4)
 

 

Məni sənsiz buraxdığın gün gəlir ağlıma , düşünürəm də çox acı çəkmişdim, amma bu anda daha da çox çəkirəm amma bilirəm ki sən bu ağrıya heç bir zaman dəymədin məni heç bir zaman sevmədin sən sevsən də sevməsənsə də mən səni sevdim həmişə də elə qalacaq..

"AYRILIQ" SÖZLƏRİ

Məni tərk etdiyin gün, saçlarından bir tel qoparıb asacağam özümü. Məni tərk etdiyin gün, kirpiklərindən birini qoparıb batıracağam ürəyimə.

Bir-birimizə söz vermişdik, Bütün ömür boyu ayrılmayacaqdıq. Andlar etmişdik, əsla ayrılmayacaqdıq, Amma nə oldu Bir qış günü, ulduzların baxışlarında, ayrılığımızı söylədik..

Bir köhnə dost kimi xatırla məni. Bir salam ver yetər. Unutmuş olsan da köhnə günləri. Adımı hərdənbir xatırla yetər.

Bir gecə yarısı titrəyərək oyansan bil ki şəkilini öpdüyüm gündür, bir gün səbəbsiz yaşlar süzülsə o gözəl gözlərindən bil ki yoxluğundan öldüyüm gündür…

Bir gün bir küncdə sızıb qalsam, El tanımasa da sən tanıyarsanmı? Soruşsalar sənə kim bu deyə, baxıb etdiyindən utanarsanmı? 

Bir gün bu küncdə səssiz- sədasız hıçqıra- hıçqıra ağlayacağam. Bu lənət taleyimə sitəmlər edib , Tanrıya son dəfə yalvaracağam. Gözəl gözlərin gələcək ağlıma. Solub gedəcəyəm ən gözəl çağımda . Sənsizlik məni çağırdığında , boş küçələrə bağırdığında, artıq burada olmayacağam.

Bir gün həyatın bütün gözəlliklərindən imtina edib səssiz sədasız ölümə getmək istəsən yanıma gəl də sənə sənsiz olmanın ölüm olduğunu göstərim.

Bir gün səni unutmaq məcburiyyətində qalsam eşqimin kiçikliyinə deyil, çarəsizliyimin böyüklüyünə inan.

Bir gün yağışa tutulsan məndən qaçdığın kimi yağışdan da qaç. Çünki buludların arxasında itən eşqi üçün ağlayan mənəm.

Bir ömür boyu səninləyəm desəndə istəməm artıq. Çünki sən küləyin coşdurduğu bir toz buludusan. Bu gün mənə əsərsən sabah ellərə…

Bir səs gözləmək səndən. Nəfəs gözləmək. Susqunluğun ən mərhəmətsiz olduğu zamanlardayam. Heç bu qədər uzun susmadın sevdiyim. Heç bu qədər uzun getmədin bilmədiyim yerlərə, gözlərimi aparmadan yanında!

Bir sevgilim var uzaqda üzünü görə bilmədiyim, səsini duya bilmədiyim. Bir sevgilim var uzaqda əlini tuta bilmədiyim, saçına toxuna bilmədiyim. Amma gün gələr sevgilim mənə dünəndən yaxın olar.

Bir nəfəs qədər yaxın ulduzlar qədər uzaq deyərlər sevgi üçün. Uzanar yetişə bilməzsən, yetişər toxuna bilməzsən, toxunar imtina edə bilməzsən imtina edər amma əsla unutmazsan.

Bir ümiddi təklik, bir şeyləri paylaşa bilməməkdir bəlkə, gözlər dalıb gedərkən. Yaralı bir sərçəyə ağlayan bir buluddur bəlkə də. Bəlkə bəlkələrlə dolu bir həyatdır bu..

Burax bu sevgimiz tərtəmiz qalsın sən mənim içimdə qanayan yarasan. Bir gün gələr bəlkə məni anlarsan dönüb də üzümə necə baxarsan?.

Burax yanın da olum, sənə sevgimi izah edim. Baxdın olmadı, ölümüm sübut edəcəksə sənə olan sevgimi, sənin üçün ölməyə mən çoxdan razıyam.

Bir gün mənsiz bir yerdə ağlarsan  hər düşən göz yaşında məni xatırla. Yüngülcə yağan bir yağışda saçlarını oxşayan hər damlada məni xatırla. Heç aşiq oldunmu deyə soruşan olsa olmadım deyərkən məni xatırla. Səni sevdiyimi daim xatırla..

Bir gün sevgilim soruşdu. Eşq nədir deyə bir az zaman istədim düşünüm deyə. Sabahısı gün gördüm onu bir başqası ilə. Qulağına pıçıldadım EŞQ iztirabdır-deyə

Birlikdə yaşaya biləcəyin biriylə deyil, onsuz yaşaya bilməyəcəyin biriylə ol. Gəldiyi zaman boşluq dolduran deyil getdiyində yeri doldurulmayan biriylə ol.

Bitməsin istəyərdim ümidlərimiz. Bitməsin istəyərdim duyğularımız. Nə çıxar sel olsa göz yaşlarımız. Hər şey bitdi artıq bil bundan sonra..

Ağılsız adam xoşbəxtliyi uzaqlarda, Ağıllı isə ONU ayaqlarını altında axtarar… Səninlə olmaq varkən; Sənsiz qalmaq, yaşamaq dayanarkən ölmək deməkdir…

Götürmək istədim , əllərini ala bilmədim Baxmaq istədim, gözlərinə baxa bilmədim. Qucaqlamaq istədim, qollarıma qucaqlaya bilmədim. Görmək istədim, son dəfə görə bilmədim çünki aramıza ölüm girdi…

An gəlir insan gülərkən ağlarmış Gözyaşları sel olub ürəyinə axarmış. "Qəhqəhə" deyilən bir maska varmış İnsan sevdiyindən ayrılınca bu maskanı taxarmış.

Gedişinlə məni boş bir sədaya buraxdın, indidən sayıram sənsizlik günlərini və gələcəyin günü gözləyirəm səbirsizliklə, o günün sevgisiylə ovuduram bir parçacıq ürəyimi.

Getmək mümkün olsa getsəm uzaqlara, sevməsəm səni yandırsam ürəyimi, sovursam küllərimi dağlara dənizlərə ,yaşıllaşardı küllərim sənə olan sevgimlə..

Getdin… İndi bir mövsüm deyil, bir həyat girdi aramıza. Nə sən dönə bilərsən artıq geriyə, nə də mən qapını aça bilərəm sənə.

Göydə rəhmət olsansa ümidim deyilsən sənində yağışında islanmır bədənim hirsliliyim sənə deyil özümə sənin mövsümündə açmır aça bilmir çiçəklərim


Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL

 

(səs: 4)
Şərhlər: 2
Baxılıb: 37 011
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri