Barmaqları qanayanadək səni yazacaq birinin əllərini kəsdin..

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 3 021
Səs ver:
(səs: 1)
Əlin boşda qalacaq tutmadığlarında..

Bir kəliməylə, darıxdım demənlə, səni anlamamasıyla anlamır... elə deyilmi...

Ətrafında sizi anlayan insanlar yoxdursa, deməli siz səssizliyiə qərq olunmusunuz.

Qorxma.. Gəmi sahildə güvəndədir,
Amma yeri rahat deyil..

Torpaq yağış içib sərxoş olmuşdu. Aprel havasında əsən küləklər, saçlarına dolaşıb çaş-baş qalmışdı.

Bağışlayın sizi daha əvvəl sevmişdim deyəsən. Ya da sizə tam oxşar biriydi mənə elə gəlir. Eyni hissləri yaradırsınız. Deyəsən tanışıq biz. Xəyallar da qurmuşduq deyəsən sizinlə. Bir dəqiqə dayanın Xatırladım sizi. Siz o yarım qalmış arzularımın səbəbkarısınız.

Barmaqları qanayanadək səni yazacaq birinin əllərini kəsdin..

Heç sevmədim, sevə bilmədim gözlərimi.. Ancaq yaşlar üçün nəzərdə tutulmuşdu sanki.

Səni axtararkən sizi tapmaqdan qorxuram.

Yazdığım sətirlər səpələnib geyinirəm hərfləri, bürünürəm cümlələrə. Filimdən çıxan hər sözü süzürəm badələrə. İçirəm sənin adını, sərxoşluqda hiss edirəm sənin dadını. Bir azca acı kimisən...

Hər kəs kimi olan şeir yazılarmı?

İki dəqiqəliyinə yanımızda durdu xəyal karvanı. Sonra sən öz yoluna mən öz yoluma.

Ürəyin əgər sevmirsə, dilin yalan deməsin..

Nağılları qatıram şeirlərə. Biri vardı, biri yoxdu, var olan da mənəm,yox olan da.

Getdiyim hər küçəni, hər yolu sorğulayıb özümlə hesablaşıram. Səndən başqa, qalmır heç nə yadımda.

Yola düşən kölgəmin, yorğun yol yoldaşıdır ömrüm"!

Bir məhkumun pəncərədən baxması kimidir uzağdan sevmək.

Ən anlamlı baxış bir çüt göz yaşında gizli idi. Anlamadıq...

İnsan nə qədər böyük ruhlu olarsa, məhəbbəti o qədər dərin bir şəkildə duyar.

Səssizliyə təraftarlardanam. Bu mövzuda saatlarca danışa bilərəm ama.....

Çıxa bilmir ağlından.
Gec başa düşərsən sənin üçün nələr etdyini. Anladığındaysa çox gec olar. Sənə görə pis görsənən bir qərarın, illər sonra ən doğru seçim olduğunu göstərər sənə. Çox sağol demək üçün heç yerdə tapa bilməzsən o insanı.

Ümüd dolu bir zamandı baxışların.

Hər kəsin susduğu zaman düşmədiy. Qışqırığların içərsində pıçıltımız yayılsın deyə......

Yaratdığımız cümlələrin hamısı yaralarımızdandır. Yara, yoxsa bir həyat cümləsi də yoxdur əslində.

Kədərdə hər zaman dadılmayan möhtəşəm bir zövq vardır.

Mənim görmədiyim heç nə sənə yaraşmır....

Ömür çatmadı... görən ölüm çatarmı yazdığım yazıların mürəkkəbini silməyə...

Bir də gözlərini açıb görəsən üzünün işıqı düşür üzünə.

Kaş ki, belə etsəydim bəlkə sevərdi demə. O sənin üçün nə etdi də sevdin sanki? Ağıl işi deyil könül sevdimi gerisi bəhanə.

Sənin fərqində olmadan yaratdığın əsərinəm mən.

Küləkli bir qış sabahı ümidlərim bənzəyirdi ağacın saralmış son yarpağına. Bəlkə düşmərəm deyə....

Özünü məndən apar.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 021
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri