Sizi çox sevən Biri var!

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 2 335
Səs ver:
(səs: 0)
Uzaqlarda olan bir yaxınınız olduğunu düşünün.
Hərdən bir sizə salam göndərir.Hərdən hədiyyələr ,hərdən sevgilərini,
İstəklərini ifadə edən mesajlar…İnsanlar,sizə Görünməyən Bir Dost var.
Və bu Görünənən Dost sizi bir an,bir saniyə belə unutmur.Sizin ehtiyacınızı bir-bir sizə göndərir.Çörək göndərir,billur kimi saf su göndərir,ağappaq su göndərir.
Qırmızı almalar,dadlı meyvələr,şirin təamlar…
Hər mövsüm dəyişən tarlalarıyla,rəngləriylə,görüntüləriylə.Qarpız,üzüm,nar…hə,hə…
Görünməyən Dost sizə göndərir.Hər biri sizin üçün….
Parlaq Günəş sizə aydınlandırmaq,isitmək üçün parlayır…Dadlı-dadlı meh əsir,üzünüzü sığallayır,havanı təmizləyir…
Bəs torpağa,bağ-baxçaya baxdığınızda nələr görürsünüz???
Dəstə-dəstə çiçəklər,güllər,min bir rəng,min bir qoxu..Evinizə,yuvanıza bir göz gəzdirin,,Ailəniz,ananız,atanız,uşaqlarınız,onların hərarətli sevgiləri,
Bütün gördükləriniz Görünməyən Dostun bir lütfüdür…
Bəs güzgüyə baxdığınızda gördüyünüz bu gözəl üz…Bütün dünyanı görməyiniz üçün gözlər…Eşitməyinizə icazə verildiyi qədər quaqlarınız,eşitməyiniz…Gülü,nərgizi,sümbülü,portağal çiçəyini qoxulamanız üçün burnunuz..
Bəs diliniz?…Bütün dadları ayrı-ayrı dadan,ürəyinizdəkiləri demək üçün danışan diliniz…
Nə qədər gözəl,yerli-yerindədir,elə deyilmi…İnsanlar,bu günə qədər normal olaraq gördüyünüz,
Faydalandığınız bütün gözəlliklər Görünməyən Dostun..
Sizə olan hədiyyələri,ərmağanlarıdır: Sizi çox sevdiyinin işarəsidir.İnsanlar,sizə lütflər edən bir Dostla qarşılaşdığınız zaman
Siz də ona təşəkkür etmək,sevgilərinizi göstərmək istərsiniz,elə deyilmi??
Bu Dost ,sizi çox sevən...Sizə sonsuz lütflər edən UcaAllahdır..

Ona necə təşəkkür edə bilərik???Təbii ki,Onun əmr etdiyi kimi yaşamaqla!!!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 335
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri