#N_mələyi❤

Müəllif: Ay_işığı
Şərhlər: 10
Baxılıb: 3 064
Səs ver:
(səs: 1)
#N_mələyi❤


Yaşam boyu hər kəs birini tapar,
Amma "bir-birini" tapmaq çox az insana nəsib olar.




Çox darıx mənnən otru.. Nə bilim arada yemək yeməyi unut.. Bax mən hər gecə yatmağı unuduram məsələn.!




Elə darıxmışam gülüşü üçün,
Bir dəfə gül desəm,gülər görəsən?
Tək onu istəyir ürəyim mənim,
Desəm,gəl yanıma,gələr görəsən?





Dərd dolu sevgiler məni mi seçər,
Bu qədər qəm kədər rəvami məgər,
Yaman çox dərdim var çagırsam əgər,
Dərdimi mənimlə bölər görəsən?




Adımı sənv saldın de yadındamı?
Seçdiyin o canan de yanındamı?
Söndü qəlbimdəki o eşqin şamı!
Səninçün alışıb-yanmaram daha.
Qıysanda canına dönmərəm daha.



Deyin ona, deyin, yalnızdı.
Ağlamağından, sənsizlikdən.
Necə atsın tənhalığın daşın ?
Ona məndən xəbər aparın.




Səni düşünməyindən deyin.
Gözlərinə həsrət qalıb de.
Dadın bilmir ki, o, yatmağın.
Ona məndən xəbər aparın.




Şeirlərində yazmağın de
Yazıb ölüb, dirilməyindən
Vəsf edib xəyala dalmağın
Ona məndən xəbər aparın.




Daha bu qədər əzab nolar vermə sən mənə.
Ürəyimdə ki, sevgi gizli qalmasın yenə,
Sevgimi deyim sənə sevsəndə sevməsəndə .

Sevmirsənsə bir dəfə sevmirəm söylə barı,
Susmagınla dahada dəli etmə mən yarı.
Xəyalda dolaşıb səhər axşam, gecə yarı
Cavab söylə bir dəfə sevsəndə sevməsəndə.



Bəlkə də sevməyirsən, bəs niyə söyləmirsən,
Ürəyimə təsəlli mənə əzab verirsən.
Bu bütün olanları sən özündə bilirsən,
Amma susursan yenə sevsəndə sevməsəndə.

Hər görəndə üzünü itirirəm özümü,
Bir an cəkə bilmirəm gözlərindən gözümü,
İstəyirəm həmən an sənə deyim sözümü,
Bir cavab yetər mənə sevsəndə sevməsəndə.



Hər demək istəyəndə bəhanə gətirirsən
Söhbətimi yarıda beləcə bitirirsən,
Sənə olan hissləri ürəyimə gömürsən,
Dağ vurusan qəlbimə sevsəndə sevməsəndə.

Sənə yazdım dərdimi, oxuyasan biləsən,
Bəlkə də bu şeirdən bir insafa gələsən.
Düşünərək son dəfə bir cavab söyləyəsən,
İnan dəyməz xətrimə sevsəndə sevməsəndə.

Bu Təhminin qəlbinə vurma cəkilməz dagı
Sənə olan hisslərə getdi cavanlıq çağı.
Ömrünə gəlib qara sənsiz görmür hec ağı,
Çıxa bilmir ağ günə, sevsəndə sevməsəndə.



Menden uzaqlarda sen yene varsan,
Pencere önünde çöle baxırsan,
Kövrek üreyime, duyğularıma
Yağışla beraber sen de yağırsan.
.
Yağışlı havada , tenha küçede
İslanmaq keçdimi bir an könülden?
Sevgi denizinde, aylı gecede
Bir an oğurlanaq keçen ömürden.
.
Senin fikirlerin çox maraqlıdı,
Yağış süzülende ne düşünürsen?
Bağçada çiçeyin gülün üstüne
Şehler düzülende ne düşünürsen?!



Bu yağışlı gece, bu an bizimdi,
Ara mesafeler olsa da bele.
Yağmurlar hem bizim, hem denizindi,
Ömür xeyallarda solsa da bele.

Gözümü dikirem sen geden yola,
Yağış o yollardan izimi silir.
Ümidsiz xeyalım qarmaqarışıq,
Keçib geden iller bizimi silir?!


(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 064
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri