Sənin sevginlə yox oluram...

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 2 220
Səs ver:
(səs: 0)
Sənin sevginlə yox oluram.

Səni ulduzlara bənzədirəm. Tam qapılıram deyərkən yox olursan. Amma sonra yenə buraxdığım yerdə tapıram. Bax o zaman əzab verir.
Nə varlığın yaşadır məni, nə də yoxluğun. Bu mənim balanssızlığımmı yoxsa sevgimin balanssızlığımı bilmirəm.

Hər uzaqlaşdığın addımda mən sənə daha çox yaxınlaşıram. Səninlə olan hər kədərin yanında sevgim çoxalır.
Bir tərəfim elə hirslidir ki, sənə! Bu hirsliliyi sənə olan sevgim yox etmir. Bir tərəfimdə sənə o qədər inciklik!

Nə bu inciklik keçəcək nə də xatirələr... Amma iki yanım da səni çox sevir. Sənə baxa bilməyəcək qədər, sənə deyə bilməyəcək qədər, özümü səndən ayıracaq qədər...
Sənin sevgin hər cümlədə müəyyən olmalı idi. Sənin sevgində sözlərə həmişə yer verildi. Mən bunları heç eşitmək istəmədim.

Mən hər cümlənin başında ya da sonunda "Səni sevirəm" deməyini istəmədim. O iki sözü mənə bir dəfə qurmağın, amma tam lazım olduğu anda qurmağın lazım idi. Sənin sevgini hər kəs bilməli idi. Sən kimsədən qorxmazsan çünki. Əslində bu qorxmaqla əlaqəli deyildi.

Mənim sevgimi kimsə bilməməli idi. Lazım olsa, sən belə. Mənim sevgim mənə xüsusi olmalı idi. Yalnız mənə...
Mənim sevgimdə sözlərin əhəmiyyəti yox idi. Çünki sevgi ifadə edilə bilməyəcək qədər böyükdür.

Səni itirmək mənim sevgimi gücləndirir. sənin yoluğun bağlılığımı artırır. sən getdikdən sonra sənin adının yazıldığı hər yerə mənim sevgim yazılıb, adım silinir.
Sən getdikdən sonra sevgim qalır, amma mən yox oluram..
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 220
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri