Gecələr yuxunda görmək üçün gündüzlər daha çox onu düşünməyə çalışdınmı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 941
Səs ver:
(səs: 0)
Tanımadığın bir insanın həyatını bir müddət sonra nə qədər dəyişə biləcəyini düşündü heç? Məsələn əli təsadüfən sənin əlinə dəyəndə sevincdən göyə uçmamaq üçün ayağını daha möhkəm yerə basdınmı? Bəzən ona çox sevdiyini göstərsən çıxıb gedər deyə qorxub biraz vecsiz kimi davrandınmı? Hər sözündən, hər hərəkətindən deməli bunu demək istəyib deyə düşündün? Gecələr yuxunda görmək üçün gündüzlər daha çox onu düşünməyə çalışdınmı?Sonra səhər pis bir yuxudan oyanıb “şükür yuxu imiş” deyib sevindinmi? Hər yazdığı statusa “ mənə deyir” deyib ümidləndin? Geyimindən tutmuş sevdiyi, film, yemək, rəng və başqa şeyləri dəli kimi bilmək istəyi oldu içində..Bəzən gecələr küs olsan belə dayana bilməyib zəng etdin, üzünü daha çox əzbərləmək üçün daha çox, daha diqqətlə baxdın ona.”Bəlkə bir şansa da var” deyib bir deyil milyon dəfə yenidən başladın hər şeyə.Bir səhər oyanıb mən ki belə istəməmişdim dedin, ağladın.İki sevgili görəndə ilk ağlına o gəldi, ondan bəhs etmək üçün, onun üçün o qədər çox darıxdınki.. bu cümlələri oxuyanda ağlına onun siması gəldi.Heç getməyəcəm deyib getdiyi gün yadına düşdü. Və indi zəng etmək istəsəndə amma’lar buna icazə vermir.İndi isə həmin o əvvəllər tanımadığın insanın sən fərqində olmadan səni necə məhv etdiyinidə yəqin düşünərsən.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 941
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri