Ruh əkizinizi tapdığınızı necə anlayarsınız?

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 504
Səs ver:
(səs: 0)
amımız bir gün gözləmədiyimiz anda qarşımıza çıxacaq doğru insanla tanış olmağımızın xəyalını qurarıq və gözləyərik. Hər zaman "doğru insan gəldiyində bir şəkildə başa düşəcəksən" deyirlər. Partneriniz üçün "görəsən mənim üçün doğru insan mı?" deyə soruşduğunuz anda bu düşüncə öz mənasını itirir əslində. Bir çox münasibətinizdə "bəli, o mənim üçün doğru ola bilər", ya da "bütün həyatımı ona həsr edə bilərəm" deyərək düşünmüşsünüzdür.Lakin hamısı fərqli olaraq bitdi! Çünki həyatda hər şey dəyişir: qərarlarınız, doğrularınız və hissləriniz... Bütün bu dəyişmələr sizin mürəkkəb bir insan olduğunuzu göstərməz.Münasibətdə olduqda hər şeyin daha çoxunu istəməyiniz, bəzi şeylərin əskik olduğunu hiss etməniz çox böyük gözlənti olduğunu deyil, həqiqətən bəzi çeylərin əskik olduğunu göstərir. Doğru insan qarşınıza çıxdığında bütün çətinliklərə və problemlərə baxmayaraq hər şeyin tam olduğunu hiss edərsiniz.Bəs necə? Həqiqətən də dedikləri kimi ruh əkizinizi gördüyünüz an hiss edərsiniz? Yoxsa bunu başqa cür anlamaq olar mı? Özünüzü gizlətmək məcburiyyətində qalmazsınız- Hər münasibətdə qüsurlarınızı, səhvlərinizi ya da sevilməyə dəyər görmədiyiniz yanlarınızı gizləməyə çalışırsınız. Bunlar başda sizə çox böyük bir problem kimi gəlməsə də zamanla bambaşqa birinə dönüşmənizə səbəb olur. Ruh əkizinizi tapdığınızda isə dəyişdirməyiniz ya da saxlamağınız lazım ola bir şey olmaz. İstədiyiniz qədər açıq ola bilirsiniz. Ən mənfi xüsusiyyətlərinizi, özünüzdə sevmədiyiniz şeyləri belə onunla paylaşa bilirsiniz. Çünki doğru insan sizi tam olaraq olduğunuz insan üçün sevər.

Güvəndə hiss edirsiniz- Birinə aşiq olmaq bir cəhətdən təhlükəlidir. Çox zaman qərarlarmızı ağlımızla deyil qəlbimizlə veririk. Bu da əslində gələcəkdə nə qədər qırılacağımızın xəbərçisidir. Əlavə olaraq, eşq itirmə qorxusunu da birlikdə gətirir. Ruh əkizinizi tapdığınızda isə eşqinizin böyüklüyünə baxmayaraq sakitləşirsiniz. İstəməsəniz belə ona güvənirsiniz. Daha əvvəlki münasibətlərinizdən qalan güvən problemləriniz yox olur. Sanki qəlbiniz bir şəkildə hər şeyin yolunda gedəcəyini hiss edər.

Eyni şeyi hiss edərsiniz- Bir-birinizdən çox fərqli ola bilərsiniz. Siyasi görüşləriniz, dini inanclarınız, yaşam çərçivəniz, sosial həyatınız bir-birindən çox başqa ol bilər. Amma əgər ruh əkizinizi tapdınızsa, bütün fərqliliklərə baxmayaraq eyni şeyləri hiss edərsiniz. Hörmət etdikləriniz, sevdikləriniz və dözə bilmədikləriniz eynidir.Eyni şeylərə qəmgin olarsınız və ikinizin də vicdanını rahatsız edən şeylər eynidir. Bambaşqa düşündüyünüz bir məsələdə belə mübahisə edərkən qırmızı sərhədlərinizi bilirsiniz çünki eynidir. Həqiqətən də onun yanında olduqda ruh əkizinizi tapdığınızı hiss edə bilirsiniz.

Hiss edərsiniz- Bəli, böyüklərimiz hər zaman haqlıdırlar. Doğru insanı tapdığınızda həqiqətən də içinizdə bir yerdə bunu hiss edərsiniz. Artıq daha yaxşı, daha xoşbəxt, daha rahat, daha doğru bir insan olduğunuzu görərsiniz. Onunla tanışmadan əvvəlki həyatınız mənasızlaşır və onsuz bir gələcəyin ehtimalı belə ağlınıza gəlməz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 504
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri