Tanış olmaq istəyirsiniz? - Özünüzə yar tapmaq istəyirsinizsə...

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2 240
Səs ver:
(səs: 0)
Dünya boyu onlayn tanışlıq saytları bu mövzuya həsr edilmiş şou və tv proqramları cütlüklərin bir araya gəlməsini asanlaşdırıb.

Lakin mütəxəssislər tövsiyə edir ki, münasibətlər qurmazdan öncə cütlüklər müəyyən sualları aydınlaşdırmağa çalışmalıdırlar, BBC News saytında dərc edilən Shamaan Freeman-Powell-in icmalında deyilir.

Aşağıdakı suallar nikah məsələləri üzrə tanınmış hüquqşünas Baroness Shackleton və Exeter Universiteti tədqiqatçılarının araşdırmasına əsaslanır. Tədqiqatçılar son 10 ildir ki, münasibətlərdə olan və yaxud da bu müddət ərzində ayrılan 43 cütlükdən müsahibə alıb.

Araşdırmada həmçinin son 15 ildir ki, münasibətdə olan ənənəvi və eynicinli cütlüklər də iştirak edib.

Bir-birinizə uyğun gəlirsinizmi?
Siz uyğun gəlirsinizmi? Bir sorğuya görə, xoşbəxt cütlüklərin əksəriyyəti yaxın münasibətlərin inkişafından öncə dost olublar.

Dostluq zəminində qurulan əlaqələr yaxınların itkisi və zina kimi ağrılı həyat sınaqlarından keçməyə kömək edə bilər.

Gözləntiləriniz realdırmı?
Alimlərə əsasən, xoşbəxt cütlüklərin nikah və münasibətlərlə bağlı gözləntiləri realistikdir.

Onlar yolun maneəsiz olmayacağını dərk edərək, kömək üçün mütəxəssislərə müraciət etməyə, əlaqələrin yaxşılaşdırılması üzərində işləməyə hazırdırlar.

Onlar bir-birlərinin yaxşı tərəflərini görə bilirmi?
Ekspertlər hesab edirlər ki, mərhəmət əlaqələrdə başlıca keyfiyyətdir və deyirlər ki, ona əsaslanan münasibətlərin qurulmasına çoxlu vaxt sərf olunmasına baxmayaraq, bu baş tutarsa, cütlüklər bir-birlərində yaxşı tərəfləri görməyə daha meylli olur və ehtiyac yaranarsa, qarşılıqlı güzəştə gedirlər.

İkimiz də əlaqələri canlı saxlamaq üzərində işləyirikmi?
Xoşbəxt əlaqələrdə olan cütlüklər adət edilmiş şəkildə qayğıkeşlik nümayiş etdirirlər, partnyorlarına dəyər verdiyini göstərirlər.

Çünki bu təmas yaxınlığı möhkəmləndirir.

Çətin dövrlərdən keçməyə qərarlıyıqmı?
Xoşbəxt münasibətlər üçün cütlüklərin dəyişikliyə uyğunlaşması mühümdür.

Birgə çətinlikdən keçən cütlüklər əlaqələrin möhkəmləndiyini deyirlər.

Çətin dövrlərdən keçmək üçün birləşəcəyikmi?
Araşdırıcılar aşkar edib ki, həyatın təzyiqi, zina, kədər, maddi sıxıntılar, valideyn olmaqdan irəli gələn çətinliklərə qarşı tab gətirmək üçün yaxşı əlaqələr həlledici əhəmiyyətə malikdir.

Ətrafınızda hər ikinizi dəstəkləyən insanlar varmı?
Biz istəyirik ki, əlaqədə olduğumuz şəxs ailə və yaxınlarımızın da xoşuna gəlsin.

Alimlər hesab edir ki, ailə və dostların əhatəsində olan cütlüklərin həyatı daha dolğun olur.

Xüsusilə də qadınlar, ana, bacı və yaxud da dostlarından əhəmiyyətli dəstək alırlar.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 240
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri