Həmişəlik susmaq istəyirsən, o insana həmişəlik susmaq...

Müəllif: Aykam2001
Şərhlər: 2
Baxılıb: 1582
Səs ver:
(səs: 0)
Həyatın həmişə eyni keçəcəyini düşünürsən.Hesablar,planlar qurursan.Heç bir şeyin səni dəyişdirə bilməyəcəyinə,sən həmişə eyni davranışları sərgiləyə biləcəyinə inanırsan, hərşeydən əminsən.Sonra biri girir həyatına,heç gözləmədiyin biri.Qurduğun planlar,dəyişmədiyin xarakterindən geriyə heçnə qalmır,güzgüyə baxmağa qorxursan.Sənin ətrafında dönən dünya,yönünü dəyişdirir sanki,dünya deyilən şey artıq o mavi top olmur sənin üçün.Gözlərini açma səbəbin günəşi görmək deyil,onun gözləri olur.Çox zaman susmağa başlayırsan,insanlar sənin qəmgin olduğunu zənn eliyir,amma bu qəmginlik deyil,bədənində başqa biri ilə yaşamağın vuruşmasıdır.Sənə bunları yaşadan çox zaman gəlmir,sən onunla yaşarkən o səndən xəbərsiz həyatına davam edir.Sənə çatmaq üçün divarları yıxan insan bir anda gedir həyatından,arxasından qaçırsan çata bilmirsən,çatmağını istəmir.Biriləri həmişə itirir:kimi dostum dediyini,kimi sevdiyim dediyini.Kimi çox sevsən səni sevmir və gedir.Sonra başa düşürsən ki,dünya getməkdən qurulub,mən də getməliyəm deyirsən.Bəlkə bəzi səbəblərə görə getməyə imkan vermir həyatın;sən də beynində başqa bir yerə köçürsən,yeni həyat qurursan özünə "onsuz", amma bu riyaziyyatdakı kimi olmur; 2-dən 1 çıxanda 1 qalmır,yarım olursan.Doldura bilmədiyin bir əksiklik olaraq durur həyatında,bu qədər sevərkən toxuna bilmədiyin ürəyə başqaları toxunur.Sonra zaman keçdikcə ağrı da his etməməyə başlayırsan,amma xoşbəxt də ola bilmirsən,varlığına öyrəşdiyin insanın yoxluğuna öyrəşirsən.Tam bu anda özünü sabitləyirsən,bəlkə sonunda xoşbəxtlik də ola bilər,davam etməlisən,amma sən daha pis olmağından qorxursan.Onsuz da o da gəlmir,belə yaşamağa başlayırsan.Bəzi günlər gəlir bir an, kaş ki deyirsən sonra ağrı qəlbini yoxlayır,susursan.Həmişəlik susmaq istəyirsən,o insana həmişəlik susmaq...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1582
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri