Əsl sevgini göstərən amillər

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 4 419
Səs ver:
(səs: 0)
Sevgiliniz sizə uyğundurmu? Sizcə, əsl məhəbbətinizi tapmısınızmı? Qadınla.Com saytı bunu öyrənməyiniz üçün sizə aşağıdakı sualları təqdim edir:

1) Hər mövzuda danışa bilirsiniz?
Əsl sevgini göstərən amillər
Əlaqə hər münasibət üçün çox önəmlidir. Sevgilinizin sizə qarşı hər mövzuda uyğun olması və onunla danışıb fikirlərinizi paylaşa bilməyiniz aranızdakı münasibətin çox güclü olduğunun göstəricisidir.

2) Yaşadığınız problemlərə necə yanaşır?

Əsl məhəbbəti tapmağınız bir daha probleminizin olmayacağı anlamına gəlmir. Əsas olan isə sevgilinizin bu problemi həll etmək üçün canfəşanlıq göstərməsidir.

3) Verdiyi sözləri yerinə yetirirmi?

Həyatınızın insanı dediyinizi adamın sizə verdiyi sözlərə əməl etməsi vacibdir. Bu sizə önəm verməsi və ciddiyə alması anlamına gəlir. Sevgilinizin davranışları sizə olan düşüncəsinin göstəricisidir.

4) Sizi dostları və ailəsi ilə tanış etmək istəyirmi?

Əgər sevgiliniz sizi həyatının tək insanı olaraq görürsə, ətrafındakı hər kəsə bunu bəlli edər.

5) Hər şeydən öncə sizi düşünürmü?

Sizə həqiqətən dəyər verən insan hər məsələdə öncə sizi düşünər. Sizinlə bağlı məsələlərə önəm verən, sizi xoşbəxt etmək üçün çalışan və dünyada tək olduğunuzu hiss etdirən insan həyatınızın adamıdır.

6) Sizi siz olduğunuz üçünmü sevir?

Əsl sevən sizi olduğunuz kimi sevər. Sizi heç kimlə müqayisə etməz, xasiyyət və ya görünüşünüzlə bağlı günahlandırmaz. Barənizdə hər şeyi bəyənər. Hətta ağlınıza gəlməyən şeylərdə belə gözəlliklər görər.

7) Olduğunuzdan daha çox olmağınız üçün sizə ilham verirmi?

Onunla birlikdə olmağınız sizi geriyə atmaz, əksinə irəli aparar. Onunla özünüzü daha yaxşı qadın, yaxud kişi hiss edərsiniz və ona daim gözəl görünməyə çalışarsınız.

8) Ehtiyacınız olanda yanınızda olurmu?

Doğru adam hər şərtdə, gecə-gündüz, yağış, palçıq demədən hər an yanınızda olandır. Problemlərlə üzləşdiyiniz an sizi tək buraxmaz. Sizi daha çox müdafiə etməyə başlayar, hətta özündən də çox.

9) Sizi xoşbəxt edirmi?

Onunla ünsiyyət qurarkən daha çox gülər və xoşbəxt olarsınız. Tez-tez dalaşsanız da, problemi uzun müddət uzatmaz və asanlıqla barışar.

10) Özünüzü həyatınızın geri qalan hissəsində onunla birlikdə görürsünüzmü?

Doğru adam əbədi bir yerdə olacağınızı düşündüyünüz adamdır. Baş verənlərdən və yaşam şəraitindən asılı olmayaraq, həmin şəxslə bir yerdə olmağı düşünürsünüz.

11) Onu görəndə həyacanlanırsınız?

Doğru adam onu hər görəndə sizi həyacanlandırar. Görüşmək üçün səbirsizlənirsiniz. Ən yorğun halınızda da onu görmək üçün zaman ayırarsınız.

12) Yanında olduğunuz zaman özünüz ola bilirsiniz?

Çılğın, dəliqanlı, zarafatcılsınızsa və bunu hər kəsdən gizlətsəniz də, onun yanında sərbəst olarsınız. Onun yanında olarkən, fərqli biri olmaq istəməzsiniz. O da sizdən belə şey gözləməz.

13) Onu sevirsiniz?

Sevginin olmadığı yerdə münasibətlər də olmaz. Sevginiz onun olduğu “adamın” nəticəsidir: insanlığı, əxlaqı və dəyərləri.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 419
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri