Eşq həyatınızda qaydaları başdan yazın

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 4 230
Səs ver:
(səs: 1)
Mükəmməl münasibətə gedən yolda bir neçə kiçik hiylələrə ehtiyacınız var. Çünki sevgi mövzusunda biz qadınların əksəriyyəti vacib bir nöqtəni gözdən qaçırdırıq. Onu, adətən, həyəcan, xoşbəxtlik kimi duyğularla bərəbərləşdiririk. Amma sevmək bir hərəkətdir. Sizin üçün seçdiyimiz 5 hiylə ilə münasibətlərinizi daha yaxşı hala gətirə bilərsiniz.

Comərd olun

Qarşınızdakı insanın onu sevib-sevmədiyinizi, ona dəyər verib-vermədiyinizi anlamasını istəyirsinizsə, onun istəklərini, ehtiyaclarını nəzərə alın. Qarşılığını gözləmədən verici davranaraq işə başlayın. Unutmayın, comərd olmaq antidepresan kimidir. Verəcək nələrinizinsə olması sizə nələriniz olduğunu xatırladar. Bunlar bahalı əşyalar olmaya da bilər. Davamlı olaraq bunu etsəniz, qarşınızdakı insanı daha da xoşbəxt edərsiniz. Özünüzə güvənin və sahib olduqlarınızı paylaşmaqdan çəkinməyin.

Səmimi davranın


Qarşınızdakı insanın sizi siz olduğunuz üçün sevdiyini xatırlayın. Çünki münasibət zamanı özünüzü və zehninizi sərbəst buraxmalı, qarşınızdakı insanın sizi xoşbəxt etməyə çalışarkən hiss etdiklərinizi olduğu kimi qəbul etdiyinə diqqət edin. Unutmayın ki, hər iki tərəf rahat və səmimi davranmadığı müddətcə dürüst bir münasibət yaşanmaz.

İstədiyinizi əldə edin

Adətən, kişilər istədiklərini əldə etmək üzrə yetişdirilir. Qadınlarasa qaşısındakının onlara verdiyilə yetinmələrinə öyrədilir. Amma bu qaydanı bir kənara qoymalısınız. Çünki qarşınızdakı kişi sizi necə xoşbəxt edə bilər, bunu bilməyə bilər. Hər şeydən əvvəl istəklərinizi dilə gətirin, onun sizə istədiyiniz vaxtı ayırmasını haqq etdiyinizi unutmayın və bu mövzuda açıq olun. İstədiklərinizi əldə etmək üçün əvvəlcə bunlardan başlayın.

Rəddetməkdən qorxmayın

Bəli, qarşınızdakı insan istədiyi şeyləri etdiyiniz üçün sizi sevə bilər, amma vacib olan sizin özünüzə nə hiss etdiyinizdir. İki tərəfin də zövq alacağı münasibətə yox deməyi öyrənin və bunu edərkən də qapıları tamamilə bağlamadığınıza əmin olun. Belə etsəniz qarşınızdakı insanın da rəddedilmiş kimi hiss etməsinə mane ola bilərsiniz.

Oynamaqdan həzz alın

Birlikdəykən əylənməyi bacarmaq cütlüklər arasında bağ yaradan ən əsas nöqtələrdən biridir. Birlikdə oyun oynamaq yaradıcılığı artırır və problemlərdən uzaqlaşıb bərabər xəyal qurma ideyanızı genişləndirir. Bir çox cütlüklərin münasibətdən sıxılmasının səbəbi oyun oynamağı unutmaqlarıdır. Çünki bütün unudulmaz xatirə və macəraların əsasında birlikdə əylənmək, birlikdə dəlicə hərəkətlər etmək durur.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri