+++++++++Səndə bilmə sevdiyim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 548
Səs ver:
(səs: 0)
Bu neçənci məktub sənə yazdığım... Bilmirəm... Zaman su kimi axıb keçərkən, sənə izah etmək istədiklərimi həmişə yazdım mən. Kağız sən qələm mən... Bəzən eşqimi izah etdim sənə, bəzən yaşadıqlarımı, bəzən ağrılarımı... Amma hər şeyimi səninlə paylaşdım məktublarımda... Çünki sən mənim canım, sən mənim digər tərəfim idin... Bir sözünə min gözyaşı tökdüyüm gecələrdə, ulduzlarda səni tapardım. 'Səni Sevirəm' lərlə bağlanan telefonlar tək xoşbəxtliyim idi. Bilmədin... Bilsən sevərdin bəlkə, sevsən gələrdin. Xatırlayarsanmı xəyallarımız vardı səninlə... Sən eyni şəhərdə olmağı xəyal edərdin. Bilsən mən səninlə cəhənnəmə belə gəlirdim... İkimizdə doğulduğumuz şəhərləri qürbət bəllədik. Bilirdik halbuki sılaya çata bilməyəcəyimizi. Əsla qovuşa bilməyəcəyimizi... Qəribə bir eşq idi bizimkisi. Sən məndən uzaq, mən səndən uzaq yaşamağa çalışdıq qeyri-mümkün sevdamızı. Doğulduğum şəhər qürbət oldu yenə də mənə. Sılam sən idin sevdam. Yerim sənin yanın idi. Ruhum getdiyin hər yerdəykən bədənim sənsiz və mənsiz ağrıdan qıvrılardı. Bütöv aylı gecələr təsəllimiz oldu sonra. Aya baxarkən üzünü görərdim. Bax indi də bütöv ay var... Amma üzün yox sevdam... Dəli bir eşq idi bizimkisi. Sən məcnun olmaq istədin mən Leyla... Həyatın quraq çölündə itirdik eşqimizi... Danışa bilməz olduq sonra. Xəyallarımı yığdım gecə islanan yastığımın altında. Heç izah edə bilmədim sənə. Bilirdik olmayacağını. Sılaya heç çata bilməyəcəyimizi bilirdik, hiss edirdik ikimizdə. Amma susurduq. Bu üzdən idi bütün ayrılıqlarımızın səbəbi. Hər səbəbsiz bitmənin əsl səbəbi bir gün ayrılacağımızı bilməmiz idi əslində. Amma yenə də hər səfərində eşqə məğlub olub sarılardıq telefona. İki uzaq şəhərin, iki qırıq ürəyin tək təsəllisi idi bəlkə də sıravi dediyimiz telefonlarımız. Mən coşardım hər alo deməyində. Bəzən boğazım düyünlənərdi ürəyim yerindən oynayardı səsini eşitdiyimdə. İki qırıq ürəyin tək vüsatıydı hər ‘alo' ilə başlayan 'Səni Sevirəm' lə bağlanan amma mənə izah edilməz xoşbəxtliyi yaşadan telefonlarımız. Zamanla qovuşmalarımızda azaldı. Bilirdin ya olmayacağını hər maneəni addım-addım aşaraq əsl vüsata yaxınlaşdıqca sən məndən uzaqlaşdın. Deyə bilmədin bəlkə də bitməli deyə. Ola bilməz olmayacaq bu eşq bir yalan deyə bilmədin. Heç bir zamanda demədin onsuz da. Heç deyiləcək qədər azalmışdı artıq danışmalarımız. Nə vaxt ümidim bitib axtarmamağa and içsəm bir alo səsinlə yenidən nəfəs alardım. Can verən bir xəstə kimi idi eşqimiz. Bütün ümidlər bitdiyində ya sən dözə bilməzdin ya da mən... Dəfələrlə axtardım sonra qəbul edə bilmədim bu səssiz bitməni. Hər axtarışımda gözlə deyirdin mənə ən böyük yalanlarınla. Biz bu yola baş qoymuşduq ya. Bütün maneələri aşmışdıq ya. Mən Leyla sən Məcnun idin ya. Gözləyərdim sonsuz səbirlə. Heç bilmədən Məcnunun Leylasını sənində məni unutduğunu. Sən mənə gözlə deyərdin. Mən xəyallar qurardım. Səni sevməyi sevdim mən. İçində sən olan hər şeyi və sənin içində olan hər şeyi sevdim mən. Səni gözləməyi də... Səni görməməyi də... Altında xəyallarımın gizli olduğu hər gecə sənin üçün islanan yastığımı da sevdim mən. İndi bir məzarı sevirəm. Ürəyimin baş tərəfindəki dərin yaram olan və hər gün duz basdığım səndən tək xatirə qalan o məzarı da sevirəm mən. Dedim ya səni sevməyi sevdim mən. İllərcə səssiz qaldım sonra. Günləri saya saya səndən xəbər gözlədim. Səni gözlədiyim kimi. Səhərlər gözlərimi ilk açılışımda dua etdim həmişə təkrar bağlanmadan xəbərini almaq üçün. Amma sən kimi xəbərində gəlmədi. Ta ki... O günə qədər... Son andımı pozub, qürurumu dəfələrlə tapdalayıb önümə eşqimi qataraq axtardığım o günə qədər gözlədim səni. Yağışlı bir günidi... Gözlərimlə buludlar sanki yarışırdı. Son ümidlə alo dedim. Haradan bilərdim... Söyləsənə haradan bilərdim... Bu səfər 'Mən Evləndim' ilə bağlanacağını o telefonun. Sənin heç ruhun dondumu? Heç hiss etdinmi dünyanın dayandığını və bütün ulduzların üstünə düşdüyünü. Mənim ruhum dondu. Sənə ömür boyu xoşbəxtliklər diləyərkən dünya durmuşdu. İndi yağış yağır yalnız bu kimsəsiz şəhərə. Hər səhər bir ovuc duzla oyanıram yaramı qucaqlamaq üçün. Gözlərim utanır, axa bilmir gözyaşlarım. Əlim telefona getmir, dilim adını söyləmir, dünya dönmür artıq. Səni sevməyi sevdim dedim ya... Səni məzara qoydum ya... Sənsiz mən yoxum ya... Bilmə sevdiyim. Bundan sonra adımı belə bilmə. Məni sənsiz yaşatmağa alışdırdın onsuz da. Eşqimi kəslərə deməm. Səndə Bilmə...

Tərcümə etdi:GüNaY ALiYeVa

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 548
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri