Eşq həyatınızı nəzərdən keçirin!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 428
Səs ver:
(səs: 2)
Xoşbəxtlik uzağınızda deyil, əvvəl özünüzü kəşf edin. Dəyişməyə özünüzdən başlayın!
Bir qadın olaraq bəziləriylə mükəmməl bir şeylər yaşamağı layiq olduğunuza inanırsınız. İlk başda maraqlı gələ bilər amma haqlısınız! Çox klassik olan bir sözü unutmamaqda fayda var: "Əvvəl özünü sevməzsənsə səni kim sevəcək? Yaxşı görünməzsənsə, ağıllı olmazsansa və özün haqqında söz sahibi olmazsansa niyə biri ilə birlikdə olasan ki?" İndi başlama zamanı! Əvvəl özümüzdən sonra əlaqəmizdən xoşbəxt olmaq üçün hərəkətə keçmə vaxtı!
1.Alacağınız radikal dəyişmə qərarlarınız ilk başda həm özünüz həm eşq həyatınız üçün asan gələ bilər və xoşbəxt olacağınızı düşünə bilərsiniz. Əvvəlcə özünüzə zaman tanıyın. Bir neçə gün nə etmək istədiyinizə, nəyi dəyişdirmək istədiyinizə qərar verin və müsbət düşünərək başlayın. İlk addım üçün, mənfi düşüncələrinizdən və peşmanlıqlarınızdan imtina edin.
2.Yaxın ətrafınıza diqqət yetirin! Davamlı birlikdə olduğunuz insanlar sizə necə təsir edir? İllər boyu yoldaş ola bilərsiniz, ailənizdən biri ola bilər, çox sevdiyiniz və dəyər verdiyiniz biri ola bilər amma burada əhəmiyyətli olan sizsiniz. Pis hiss etmək sizin beyninizdə, sizin içinizdə… Xilas olun onlardan!
3.Özünüzü xoşbəxt hiss etdirəcək bir şey tapın! Öz hobbilərinizi inkişaf etdirə biləcək, yalnız zövq almaq üçün edəcəyiniz bir şey ya da bir kömək quruluşunda insanlara kömək edərək zamanınızı faydalı istifadə etməyi öyrənin.
4.Ətrafınıza görə yaşamaqdan imtina edin! Ətrafınızda bir çox insan var, bir çox düşüncə var və sizə fərqində olmadan təzyiq meydana gətirə bilərlər. Bağlayın qulaqlarınızı və yalnız özünüzü dinləyin!
5.Yoldaş əhatənizi genişləndirin! Yəni bəziləriylə tanış olun amma bunu yalnız istədiyiniz və ən uyğun anlarda edin. Yeni hobbilər əldə edin, çölə çıxın, kömək quruluşlarına gedin. Ətrafınız genişlədikcə özünüzü daha rahat hiss edə bilərsiniz.
6.Yeni tanış olacağınız xüsusi adam mövzusunda tələsik davranmayın! Bütün əlaqələrinizi nəzərdən keçirin və bu dəfə risk götürməyin! Qarşınızdakı adamı tanımağa çalışın və özünüzü tanıdın. Əlaqələrinizdə yaxşı bir başlanğıc olacaq.

/Mənbə: Qadınlar.biz/

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 428
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri