Dəniz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 7 945
Səs ver:
(səs: 5)
Dəniz…
Dəniz… dalğaların qəlbimi titrədir
Çox yorğunam, yalnızam, çarəsizəm…
Al bu dərdlərimi götür, sakitliyi mənə gətir.
Sən ey qəlbimin sirdaşı, sən ey ruhumun yoldaşı.
Sənsə tək qoyma məni.
…Səni elə sevirəm…
Bəzən sakitliyin ruhumu dincəldir,
Həzin dalğaların qəlbimi dindirir,
Ağladır, güldürür, sevindirir.
Bəzən isə coşan dalğaların qəlbimi oxuyur.
Mənə qəzəblənir, danlayır.
Bəzən də yaralarımı bağlayir, halıma ağlayır…
Məni yalniz sən sevirsən…
Bilirsən, mən bitmişəm…
Dərdlərimlə baş götürüb getmişəm…

Yoxam…
Bir zaman var olduğumu belə unutmuşam.
O qədər yaralıyam ki, artıq yarali halıma belə öyrəşmişəm
Yox… yalandir… öyrəşməmişəm…
Sadəcə özümə təsəlli verirəm.
Boş bir təsəlli, əlimdən bu gəlir.
Ölmək istəyirəm qoynunda…
Yalnız sən buna layiqsən…
Amma mən sənə layiqəmmi…?

Bilmirəm…
Yox… bilirəm… layiq deyiləm…
Çox günahkaram Dənizim…
Qorxuram sənin qoynunda xoşbəxt ölməyəcəm,
Günahlarımın dənizində boğulacam…
Çox acizəm, tənhayam, kimsəsizəm…
Hiss edirəm… Sonuma az qalıb…
Heç nə edə bilmirəm…
Sanki ruham, uçuram, bədənsizəm…

Artiq çox gecdir…
Bilirsən, bunların hamısını yuxuda görmüşdüm.
Çox qorxuram… Sonumdan qorxuram…
Günahlarımı yumamış olməyimdən qorxuram…
Sabahımdan qorxuram… Amma bu günümü düzəldə bilmirəm…

Dənizim…
Yalniz sənin qoynunda özümü xoşbəxt hiss edirdim…
Sanki havada uçurdum…
Uzdən nə qədər soyuq olsan da
Dərində, qəlbində o qədər istilik var.
O qədər doğmalıq var
Mavi dalgaların məni uzaqlara çəkir…
Gəl deyir, Burda tamam başqa həyat var deyir…
Heyif… Çox heyif…

Bir daha səni gorməyəcəm…
Vidalaşmaga gəlmişəm…
Son dəfə al məni qoynuna, sev məni, oxşa məni, öp məni dodaqlarimdan…
Tut məni əllərimdən, al məni dərininə, öldür məni sevginlə…
Sevginin nə oldugunu sən göstər mənə…
Razıyam, səninlə hər şeyə razıyam…
Sənin sevgin məni öldürsün…
Məhv etsin, süründürsün.

Çox xoşbəxtəm…
Sevərək bədbaxt yaşasam da, Sevilərək xoşbəxt ölürəm…
Əlvida Dünya, Əlvida Həyat…
Əlvida Dərdlər, Əlvida Qəlbsiz İnsanlar,
Əlvida Qəlbimi qıranlar…Haqqimi halal edirəm!…
Sizi bagışlayıram, Günahınızdan keçirəm…
Siz də məni bağışlayın… Haqqınızı halal edin!

Mən Xoşbəxt ölürəm…
Əlvida Dənizim… Əlvida Sevgilim…
Əlvida Sevgili Dənizim…
Əlvida!!!… Əlvida!!! … Əlvida…
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 7 945
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri