İtirdim səni

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 220
Səs ver:
(səs: 1)
Necə getdin hələ də anlamıram
Alışa bilmədim ki, heç cür 
Əslində çalışmıramda alışmaq üçün 
Necə edərəm ki, səni necə unudaram 
Zaman dayandı sanki gün batırdı sən gedərkən 
Dedim ya zaman dayandı günəş doğulmur artıq 
Bir daha doğulacaqmı naməlum 
Doğulsa da artıq fərqinə varmaz 
Çünki artıq sən yoxsan, 
Yoxsan artıq nə mənası var ki 
Artıq boğur bu şəhər məni, itirəm qaranlıqda 
Özümü tapa bilmirəm bir daha heç tapa bilməm bəlkə də 
Sən getdin amma sanma ki unudacağam, unuda bilməm ki alışa bilməm 
Nə çox ağlamışam yoxluğuna amma bilirəm ki boşuna deyil 
Faydası olmur bəlkə amma, səni nə qədər çox sevdiyimi anlayıram 
Qəribədir yoxsan deyə alışmağa çalışmaqdansa səni daha çox sevirəm 
Canım yanır içim ağrıyır 
Sənsiz nəfəs ala bilmirəm 
Sənsiz çox darıxıram düşündükcə itirəm keçmişimizdə 
Həsrətinlə başa çıxa bilmirəm edə bilmirəm sənsiz 
Olmur edə bilmir ürəyim sənsiz 
Yenə tək çarə sənsən könülümə 
Mən heç ümidimi itirmədim, bəlkə özümü aldadıram 
Ümidinlə yaşamaq belə çətin gəlir mənə 
Sənsiz, ümidsiz necə yaşayaram? 
Necə dözərəm? 
Hiss etmək nə acı! 
Canım yanır hiss edirəm 
Hanı deyərlər ya içim ağrıyır deyə 
İndi daha yaxşı anlayıram mənim də içim ağrıyır 
Həmişə söyləyərdim itirməkdən qorxaram deyə 
Qorxduğum qədər varmış məgər 
Özümü itirdim ümidlərimi hər şeyimi itirdim 
Artıq heç bir şeydən qorxmuram itirəcək bir şeyim qalmadı 
Mənim hər şeyim sən idin 
Sən yoxsan artıq səni itirdim...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 5 220
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri