Səni niyə sevirəm?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 25 714
Səs ver:
(səs: 13)
Qız: Məni niyə çox istəyirsən? Məni niyə sevirsən?
Oğlan: Mən sənə səbəb deyə bilməyəcəm. Amma mən həqiqətən də səni sevirəm.
Qız: Sən heç səbəbini də bilmirsən, bəs necə deyə bilirsən ki məni çox istəyirsən, məni çox sevirsən?
Oğlan: Mən doğrudan da səni niyə sevdiyimi söyləyə bilmirəm, ancaq bunu sənə sübut edə bilərəm.
Qız: Sübut?! Yox buna ehtiyac yoxdu. Mən səndən sadəcə səbəbini soruşuram.
Mənim dostumun sevgilisi ona nəyə görə sevdiyinin səbəblərini deyə bilir, ancaq sən yox.
Oğlan: Yaxşı,yaxşı, Mən səni sevirəm. Ona görə ki sən gözəlsən. Ona görə ki sən şirinsən.
Sən qayğıkeşsən, çünki sən sevimlisən, ağıllısan. Sənin təbəssümün,hərəkətlərin mənə xoş gəlir.
Bu cavablardan sonra qız özünü rahat hiss etdi.
Bədbəxtlikdən bir neçə gün sonra qız qəza keçirir və koma vəziyyətinə düşür.
Və bundan sonra oğlan onun yanına üzərinə aşağıdakılar yazılmış bir məktub qoyur:
"Əzizim səni şirin səsinə görə sevdiyimi demişdim, indi sənin şirin səsin varmı? Xeyr! Buna görə də mən səni sevə bilmərəm. Qayğıkeşliyinə görə səni sevirəm. İndi sən bunu göstərə bilirsən? Xeyr! Buna görə də mən səni sevə bilmərəm. Təbəssümün və hərəkətlərin səbəbindən səni sevirəm. İndi sən təbəssüm edə bilirsən? İndi sən hərəkət edə bilirsən? Xeyr. Buna görə də mən səni sevə bilmərəm. Əgər səni sevməyim üçün bir səbəbə ehtiyac vardırsa. Onda mənim səni indi sevməyim üçün heç bir səbəb yoxdur. Sevginin səbəbə ehtiyacı var? Xeyr-xeyr!!!
Buna görə də mən səni hələ də sevirəm. Həqiqi sevgi heç bir zaman ölmür çünki sevgi nə zamansa yox olan ehtiras deyil.
Sevgi bir ömür boyu bağlayır. Amma ehtiras sadəcə......"

Təcrübəli sevgi deyir: Mən səni sevirəm ona görə ki, mənim sənə ehtiyacım var.
Təcrübəsiz sevgi isə: Mənim sənə ehtiyacım var, çünki mən səni sevirəm.
Tale kimlərin bizim həyatımıza daxil olacağına qərar verir.
Ancaq kimlərin bizim həyatımızda qalacağını ürəyimiz müəyyən edir.
(səs: 13)
Şərhlər: 10
Baxılıb: 25 714
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri