Heç məni xatırladınmı???

Müəllif: acisko
Şərhlər: 7
Baxılıb: 3 486
Səs ver:
(səs: 3)
Məni hec xatırladınmı ?
Bir zamanlar
Hər seyindim
Səni həyata
Bağlayan
Sənə həyatı sevdirən
Elə danışırdin ki, sanki mən idim yaşama səbəbin
Mən idim suyun torpağın havan
Sanki bu həyatda var olmaq üçün ehtiyacın olan hər şeyindim
Bəlkə də mən aldatmışam özümü
İçdən-içə inandırmışam özümü
Hər sözündə bir sevgi, bir ehtiyac duymuşam
Yanılmışammış sən demə
Axı kimin ağlına gələrdi ki, o cür sözlər sonu yalan olan bir sevginin pərdələri imiş
Kimin ağlına gələrdi axı bu
Heç mənim də ağlıma gəlmədi
Üstünü toz basmış xatirələri bir anda canlandırmağa bir görüşün gücü
belə çatarmış
Mən indi anladım bunu
Ani bir baxış nələrə qadir imiş
Mən indi bildim
Mən bir onu da bildim ki, sevgi sözlərdə deyil
Sevgi gözlərdə olmalıdı
Necə ki, sən həmişə danışan.
Mənsə susub izləyən olmuşam
Kim bilir
Bəlkə də onun nəticəsidir ki
Sevgisini sözlərə sığışdıran sən indi unudan
Sevgisini dilinə belə gətirməyə qıymayacaq qədər sevən mən unudulan olmuşam.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 486
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri