Qədrini bilin cümlələrin, sevin onları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 282
Səs ver:
(səs: 5)
..bir adam tanıdım mən..gözləri həmişə uzaqlara baxan...üzü çox kədərli və məsum..ruhu titrək və saf..bir adam tanıdım mən ürəyi ayna qədər şəffaf,suni dəmir barmaqlıqlar arasında gizlədilmiş..incinməkdən qorxan..bir adam tanıdım mən qadınlardan çox qorxan,amma onlarsız qala bilməyən..mümkünsüzlüyün vurğunu bir adam....elə bir adam düşünün ki,çox xeyirxah,ürəyi saf,ruhu uşaq..elə bir adam tanıdim ki,sevgiyə ac,dürüstlüyə möhtac..elə bir adam düşünün ki,uzaqdan sevməyə aşiq olan,dəli kimi sevən..amma sadəcə uzaqdan..elə bir adam düşünün ki,ürəyindəki sevgi ehtiyacını doldurmağa çalışan..hər qadında bir az daha özünü tapmağa çalışan..hər qadında yaratdığı saf hissləri qram qram içindəki boşluğa aparıb orda bu hisslərin üstünə kilid vuran..bağlanmaqdan qorxan,sevməkdən qorxan biri.canını verəcək qədər sevən və birdən birə çıxıb gedən..və elə bir qadın düşünün ki,onu olduğu kimi qəbul edən..bu adamı sevən..elə bir qadın düşünün ki,uğruna hər şeydən keçən,bəzən özünün varlığını belə unudub,büsbütün "o" olan..elə bir qadın düşünün ki,ondan xəbər alanda nəbzi yavaşlayan,nəfəsi gecikən...və elə bir sevgi düşünün...hansı ki,mümkünsüzlük sözünün yaranma səbəbi o olsun..
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 3 282
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri