Sizi tərk edən sevgilinizdən necə intiqam ala bilərsiniz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 226
Səs ver:
(səs: 0)
Eşq hər zaman xoşbəxt sonla bitən bir duyğu deyil. Hətta çox vaxt qəm-kədər ilə sonlanır. Siz bu sevginin heç bitməyəcəyini, həmişə xoşbəxt olacağınızı və onun sizi çox sevəcəyini düşünsəniz də, qarşı tərəf üçün təəssüf ki, bu vəziyyət belə olmaya bilər və sizin heç gözləmədiyiniz bir anda əlaqəniz sonlandırıla bilər. Üstəlik də, sevgililər gününə qısa bir zaman qala!

Siz də sevgililər gününə bu qədər qısa bir zaman qalarkən tərk edilən şanssız sevgililərdənsinizsə və bu ağrının intiqamını almaq istəyirsinizsə, o zaman sizlər üçün olduqca təsirli və yaradıcı intiqam üsullarımız var. Təklif etdiyimiz intiqam üsulları bunlardır:

Çox sevdiyi avtomobilində iz buraxın
Əgər sevgiliniz avtomobilinə çox dəyər verən biridirsə və sırf üstü tozlanmasın deyə qoruyucu avtomobil örtüyündən istifadə edirsə, ondan intiqam almaq üçün mükəmməl bir üsul tapmısınız deməkdir! Əgər haqlısınızsa, alacağınız intiqamın nəticələrini düşünməyin. Evinizin açarını götürün və köhnə sevgilinizin avtomobilinin üzərində ” sənət əsərləri ” yaradın.

Yaşadığı yeri zibillə doldurun
Əgər sevgiliniz özünə aid bir evdə və ya tələbə evində qalırsa, (yəni özünə aid otağı varsa) ona həm içinizdəki qarışıqlığı göstərə, həm də onu günlərlə təmizlənməyəcək bir pislik ilə başbaşa buraxa bilərsiniz. Sizsiz keçirdiyi sevgililər günündə bir başqasının yanında xoş bir qoxu verməsini istəməzsiniz, elə deyilmi?
Ən sevdiyi əşyaya İsmail YK-nın "Allah Belanı Versin” klipindəki avtomobilə davrandığı kimi davranın
Əgər sevgiliniz əşyalarına çox dəyər verən biridirsə, o zaman ən sevdiyi əşyanı ələ keçirin və ona şiddətli "işgəncələr verin” və görə biləcəyi ən yaxşı yerə qoyun.

İşinə maneə törədin
İntiqamın soyuq yeyilən bir yemək olduğunu düşünürsünüzsə və kinli bir xarakterə sahibsinizsə, ilk etməniz lazım olan şey gözləmək olacaq. Köhnə sevgiliniz ilə əlaqədar xəbər qaynaqlarınızla əlaqə saxlayın və onun üçün çox əhəmiyyətli olan bir gündə (bu bir iş yeməyi və ya yeni bir əlaqənin ilk görüşməsi ola bilər) qəflətən ortaya çıxın və onun işini pozun. Ancaq bu metodu tətbiq edərkən qaçmaq üçün yer də axtarsanız yaxşı olar.

Qeyd: Oxucularımıza xəbərdarlıq!
Bu xəbər sizi əyləndirmək məqsədi ilə hazırlanıb. Deyilənləri tətbiq etsəniz saytımız heç bir məsuliyyət daşımır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 226
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri