Gülümsəmək çətindir bəzən...

Müəllif: Melek5
Şərhlər: 8
Baxılıb: 2 664
Səs ver:
(səs: 3)
Gülümsəmək çətindir bəzən; Boğazındakı düyün varlığını tez-tez hiss etdirərkən. Göz bəbəklərin dolu, ürəyində davamlı bir sızı varkən...

Gülümsəmək çətindir bəzən; Ən güvəndiyin insanlar səni tərk etmiş, kütlənin orta yerində təkliyi özünə can yoldaşı etmişkən...

Gülümsəmək çətindir bəzən; Sevdiklərin bir-bir boşluqda itib gedərkən və səsin arxalarından qışqırmaq üçün cılız qalmışkən...

Gülümsəmək çətindir bəzən;
 Həyat çiyinlərində bütün ağırlığıyla özünü hiss etdirərkən və yaşamaq yalnız nəfəs alıb vermək olmuşkən...

Gülümsəmək çətindir bəzən;
Ağlayan bir uşağın gözyaşlarında boğularkən ya da bir insana kömək edə bilməməyin əzikliyini yaşayarkən...

Gülümsəmək çətindir bəzən; Bu dünyada bir kütlə olmaqdan, kənara keçə bilmədiyin tez-tez xatırladılmışkən...

Gülümsəmək çətindir bəzən; Sevənlərin sevdiklərinə, dostların dostlarına, övladların valideynlərinə, insanların insanlara etdiklərinə şahid olmuşkən...

Gülümsəmək çətindir bəzən; Gözəl günlərini səssizcə dünənə təslim edib, sabaha ümidsizcə baxarkən və bu günü peşmançılıq içində yaşaya bilməzkən...

Gülümsəmək çətindir bəzən; Hər kəs üstünə gəlib səni əzərkən, əzilməyə baş qaldıra bilməzkən və öz gözündə belə kiçilərkən...

Gülümsəmək çətindir bəzən; Bütün kədərli mahnılarda özünü görüb içdən-içə ağlayarkən...

Gülümsəmək çətindir bəzən; Keçmişi xatırlamaq acı verərkən. Və keçmişə baxdığında yalnız səhvləri görərkən...

Gülümsəmək çətindir bəzən;
 Həyat ilə ölüm arasında seçim etmə nöqtəsinə gəlib, amma həyatı seçməmişkən...
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 664
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri