Mənim həyatım

Şərhlər: 8
Baxılıb: 10 108
Səs ver:
(səs: 4)
Mən səni sevirəm deyə qışqırmaq istəyirəm,amma bacarmıram… çünki bilirəm bu sözü özüm deyib,özüm eşidəcəm… mənim səsimi bəlkə bütün dünya eşidər,amma sən heç vaxt eşitməzsən,inanmazsan mənə,sevməzsən məni… Amma üzülmürəm buna görə,bunları yazarkən də heç ağlamıram. Çünki mənim sevgim ikimizə də bəs edər. Mənim sevgim o qədər böyükdür ki,qəlbimə belə sığmır.

Sevgimi kağızlara yazsam sığmaz,sevgimi bütün dünyaya bəyan etsəm yenə sakitləşmərəm.Çünki mənim sevgim yalnız səninlə həyat tapır. Mənim qəlbim yalnız səninlə vurur. Mənim o kor gözlərim yalnız səni, yalnız səni görür. Mənim o heç kəsin səsini eşitməyən kar qulaqlarım yalnız səni eşidir.Mənim o boş daş qəlbimi yalnız sənə olan sevgim doldurur. Bunları deməkdə məqsədim sevgimi sənə sübüt etmək deyil.Mənim sevgimin heç sübüta ehtiyacı da yoxdur.

Bəlkə də indi inanamaya bilərsən amma vaxt gələcək sən mənim qəlbimin səsini duyacaqsan. Sənin də qulaqların yalnız məni eşidəcək. Sənin də gözlərin kor olub yalnız məni görəcək.Bax mən də bunu istəyirəm yalnız gözlərin məni görsün.Bilirəm bunları oxuyan kimi mənə eqoist deyəcəksən.Hə mən eqoistəm. Mən mənim olanı paylaşmaq istəmirəm. Səni də paylaşmaq istəmirəm.Çünki sən də mənə aidsən!!!
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 10 108
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri