Sevəndə
içdən, təmiz qəlblə sevəsən gərək. Sevgi adı kimi, özü də, incə, zərif
qəlbimizi incitməsəydi, yaxşı olardı. Hər kəs sevə bilər. Sevgidə sərhəd
olmur, bəzən yaşın da, fərqinə varmırıq. Biz sevəndə kor oluruq,
nədənsə...
Sevgimiz
yolunda gedəndə, həyatımızda hər şey mükəmməl, əhvalımız yaxşı olur.
Ətrafımıza işıq saçırıq. Bəzən olur ki, sevgi ilə, ehtirası səhv
salırıq. Qarşımızdakı insanı sevdiyimizi anlayırıq, amma bu sevgi
olmaya da, bilər.
Sevgi
yoxdur və heç vaxt olmayacaq desək, yalan olar. Əsrlər boyu "Əsli
Kərəm”, "Leyli və Məcnun”, "Xosrov və Şirin” bəs bunlar əsil sevgi
deyilmiydi?!
Sevgi
olub, hər zaman da olacaq... Bəzən deyirik, zaman dəyişib. Əvvəllər
sevənlər belə deyildi. Əslində dəyişən bizlərik. Zaman elə həminkidi...
Saf məhəbbət, təmənnasız bir-birimizə olan sevgimiz, bu artıq gözəl mənzərədir.
Bəzənsə, "sevəndə” belə desək, hər hansı umduğumuz, şeylər olanda, adını qoyuruq sevgi.
Sevgi
sözünü hər an, hər dəqiqə dilə gətirsək, artıq süniliyə ,
qeyri-səmimiliyə aparır. Təbii ki, əsil sevgidirsə, onu dilə gətirməsən
belə, gözlərdən oxumaq olur. Sevməyə hər zaman haqqımız var fikrini
beynimizə və ya dilimizə gətirdiksə, bax bu zaman bir çox səhvlərə yol
verə bilirik.
Sevgi gələndə xəbər etmir ki, mən gəldim.
Səssiz-səmirsiz,
gözləmədiyimiz bir anda gəlib qarşımıza çıxır. Sevərkən artıq özümüzü
unduruq. Yalnız sevdiyimiz insanı düşünürük.
Kim
deyir ki, sevginin ömrü 3 ildir,yanlış fikirdir... Sevgi uzunmüddətli
də, ola bilər. Əgər bir insana olan sevgin tez bitirsə, demək günah
onun özündədir.
Sevgi
təkcə bir insanın deyil, hər iki tərəfin bir-birini sevməsidir. Sevgi
pulla, hər hansı bahalı hədiyyələrlə ölçülmür. Bir insanı olduğu kimi
istəmək, bax bu əsl sevgidir. Heç bir zaman sevdiyimiz insanı dəyişməyə
çalışmayaq. İnsanı olduğu kimi sevməyi bacaraq. Sevmək gözəl hissdir.
Hər insan da əsildən sevə bilmir. Əgər bu hiss sizdə varsa, demək
xoşbəxt insansınız.
Biz sevəndə nəyə görə sevirik sualına cavab tapa bilmiriksə, deməli həqiqətən sevirik.
Bu yerdə gözəl şairimiz Bəxtiyar Vahabzadənin bir şeirindən bu misralar yadıma düşdü...
Sorursan ki, söylə nədir, məni sənə sevdirən?
Necə verim cavabını, heç bilmirəm, necə mən.
Demirəm ki, bahardan xoş, gül-çiçəkdən incəsən,
Bircə bunu bilirəm ki, mənim ürəyimcəsən...
(Gül Məlikzadə)