Söylə nədir,məni sənə sevdirən

Şərhlər: 5
Baxılıb: 3 035
Səs ver:
(səs: 3)
Sevəndə içdən, təmiz qəlblə sevəsən gərək. Sevgi adı kimi, özü də, incə, zərif qəlbimizi incitməsəydi, yaxşı olardı. Hər kəs sevə bilər. Sevgidə sərhəd olmur, bəzən yaşın da, fərqinə varmırıq. Biz sevəndə kor oluruq, nədənsə...
Sevgimiz yolunda gedəndə, həyatımızda hər şey mükəmməl, əhvalımız yaxşı olur. Ətrafımıza işıq saçırıq. Bəzən olur ki, sevgi ilə, ehtirası səhv salırıq. Qarşımızdakı insanı sevdiyimizi anlayırıq, amma bu sevgi olmaya da, bilər.
Sevgi yoxdur və heç vaxt olmayacaq desək, yalan olar. Əsrlər boyu "Əsli Kərəm”, "Leyli və Məcnun”, "Xosrov və Şirin” bəs bunlar əsil sevgi deyilmiydi?!
Sevgi olub, hər zaman da olacaq... Bəzən deyirik, zaman dəyişib. Əvvəllər sevənlər belə deyildi. Əslində dəyişən bizlərik. Zaman elə həminkidi...
Saf məhəbbət, təmənnasız bir-birimizə olan sevgimiz, bu artıq gözəl mənzərədir.
Bəzənsə, "sevəndə” belə desək, hər hansı umduğumuz, şeylər olanda, adını qoyuruq sevgi.
Sevgi sözünü hər an, hər dəqiqə dilə gətirsək, artıq süniliyə , qeyri-səmimiliyə aparır. Təbii ki, əsil sevgidirsə, onu dilə gətirməsən belə, gözlərdən oxumaq olur. Sevməyə hər zaman haqqımız var fikrini beynimizə və ya dilimizə gətirdiksə, bax bu zaman bir çox səhvlərə yol verə bilirik.
Sevgi gələndə xəbər etmir ki, mən gəldim.
Səssiz-səmirsiz, gözləmədiyimiz bir anda gəlib qarşımıza çıxır. Sevərkən artıq özümüzü unduruq. Yalnız sevdiyimiz insanı düşünürük.
Kim deyir ki, sevginin ömrü 3 ildir,yanlış fikirdir... Sevgi uzunmüddətli də, ola bilər. Əgər bir insana olan sevgin tez bitirsə, demək günah onun özündədir.
Sevgi təkcə bir insanın deyil, hər iki tərəfin bir-birini sevməsidir. Sevgi pulla, hər hansı bahalı hədiyyələrlə ölçülmür. Bir insanı olduğu kimi istəmək, bax bu əsl sevgidir. Heç bir zaman sevdiyimiz insanı dəyişməyə çalışmayaq. İnsanı olduğu kimi sevməyi bacaraq. Sevmək gözəl hissdir. Hər insan da əsildən sevə bilmir. Əgər bu hiss sizdə varsa, demək xoşbəxt insansınız.
Biz sevəndə nəyə görə sevirik sualına cavab tapa bilmiriksə, deməli həqiqətən sevirik.
Bu yerdə gözəl şairimiz Bəxtiyar Vahabzadənin bir şeirindən bu misralar yadıma düşdü...
Sorursan ki, söylə nədir, məni sənə sevdirən?
Necə verim cavabını, heç bilmirəm, necə mən.
Demirəm ki, bahardan xoş, gül-çiçəkdən incəsən,
Bircə bunu bilirəm ki, mənim ürəyimcəsən...

Söylə nədir, məni sənə sevdirən
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri