Dəli
kimi sevirsiniz, ancaq sevməyin sadəcə hisslərlə əlaqəli olduğunu
sanırsınız. Əslində isə elə deyil. Sevən insanın bədənində bir sıra
dəyişikliklər baş verir.
Aparılan araşdırmaların nəticələrini təqdim edirik:
Beyin daha yaxşı işləyir:
"Journal
of Sexual Medicine” jurnalında yayımlanan məqalədə vurulan insanın
beyninin 12 fərqli hissəsində dəyişikliklərin meydana gəldiyi
bildirilir. Nəticədə isə saniyənin beşdə biri kimi qısa müddətdə
qarşıdaki insanı sevib sevmədiyinizi anlaya bilərsiniz. İnsanların çoxu
ilk görüşdə eşqə inanmırlar, amma elm sübut edir ki, həqiqi sevgi elə
ilk görüşdə yaranır.
Ürəyin döyüntüləri yavaşlayır:
Sevmək hormonların səviyyələrinə təsir edir və nəticədə qan təzyiqi azalır, ürəyin döyüntüləri zəifləyir.
Ağrı hiss etmirsiniz:
Stanford
Üniversitetinin tibb fakultəsinin apardığı bir araşdırmanın
nəticələrinə görə, eşq ağrı kəsici dərmanlar kimi təsir göstərir. Yəni,
əgər kiməsə vurulmusunuzsa, diş ağrılarınız, baş ağrılarınız azalacaq.
Yaddaş zəifləyir:
Sevən insanın beyni oksitosin adlı hormon istehsal edir. Oksitosin eşq hormonudur və yaddaşın zəifləməsinə səbəb olur.
Qısqanc bir insane çevrilirsiniz:
Florida
State Universitetinin apardığı yeni bir araşdırmaya görə, eşq insanın
özünü və sevdiyi insanı qoruma instinktini artırır. Bu da qısqanclığa
səbəb olur. Beləliklə, "sevən insan qısqanar” sözü də öz təsdiqini
tapmış olur.
Şirin bir dünya:
100
nəfər üzərində aparılan araşdırma zamanı sevən insanlara müxtəlif
yeməklər və içkilər verilib. Sevdiyini etiraf edənlər hər şeyin dadının
şirin olduğunu deyiblər. Hələlik eşqi tapa bilmədiyini deyənlər isə
yediklərinin və içdiklərinin elə də şirin olmadığını bildiriblər.
Diqqət dağılır:
Hamıya
məlumdur ki, sevən insan bütün gün aşiq olduğu adamı və ya qadını
düşünəcək. Belə olduqda isə işinə və digər məsələlərə elə də
məsuliyyətli yanaşa bilməyəcək. eşq diqqəti yayındırır
Səsin tonu yüksəlir:
Araşdırmalara görə, qadınlar bəyəndikləri kişilərlə danışarkən səs tonları daha yüksək çıxır. Kişilərdə isə bu əksinədir.
Sümüklər bərkiyir:
Ekspertlər xoşbəxt evil cütlüklərin xoşbəxt olmayanlarla müqayisədə daha sağlam sümüklərə sahip olduqlarını deyirlər.