Bir gün sənin həyatında elə bir insan meydana çıxacaq ki...

Şərhlər: 3
Baxılıb: 3 062
Səs ver:
(səs: 1)
"Bütün ömrüm boyu mən sevgidən kənar qaçmışam, indi isə ömrün məndən kənar qaçdığı bir vaxtda sevgi çıxdı qarşıma..."

"Dünyanın hər hansısa bir nöqtəsində səni bütün qəlbi ilə sevən bir nəfər var."

"Kaş ki, səni necə sevdiyimi deyə biləydim... Gözlərimi yumuram və səni görmək istəyirəm. Çox insanlar sevir, lakin mənim kimi kimsə sevə bilməz, çünki onların "SƏN"i yoxdur..."

"Allah, bizim göz yaşlarımızı silmək üçün həmişə Mələk yollayır... Mələk gələcək və bizim göz yaşlarımızı siləcək, bizə çoxlu-çoxlu xoşbəxtlik verəcək və bütün kədərlərimizi və ağrılarımızı çooox uzağa aparacaq!"

"Bu gün yaşa, indi sev, həyatın hər anına sevin!"

"İnsan - bayramdır. Nə vaxt ki bayram keçir, yalnız xatirələr qalır…"

"Həyat qısadır! Qaydaları poz. Tez bağışla. Yüksəksəslə gül. Yavaş-yavaş öp. Rəqs et, sanki heç kim görmür. Mahnı oxu, sanki heç kim eşitmir. Axı həyat bir dəfə verilir insana."

"Çox ağıllı bir nəfər mənə demişdi ki, sevgidə ilk addım da dostluqdur, elə son addım da."

"Mən gedəndə o məndən soruşdu: "Sabah səni görə biləcəyəmmi?" Növbəti gün o "məni yenidən görə biləcəkmi" deyə soruşdu . Birisi gün isə o soruşdu: "Həmişə məni görə bilərmi?"


"Bağlı qəlblər səmalarda mövcud olur. Yer kürəsində bağlı qəlblə qarşılaşmaq çox daha çətin olur."

"Sevgi – güzəşt deyil. Əgər kimsə səni sevəcəksə, o zaman səni olduğun kimi sevməlidir. Əgər səni dəyişdirməyə çalışsa – bu sevgi yox, saziş demək olacaq."

"- Əgər Allah varsa, onda niyə insanları bu qədər əzab çəkməyə məcbur edir?

"Hər bir qadın həyat yoldaşında həm də yaxşı dost tapmağı arzulayır. Mən isə yaxşı dostda həyat yoldaşımı tapdım…"

"Bir gün sənin həyatında elə bir insan meydana çıxacaq ki, sən onun üçün bu həyatla vidalaşmağa belə hazır olacaqsan…"

"Mən həmişə öz gözlərində olan sevgini onun gözlərində də görməyi arzu edirdim. Və bu gün, nəhayət ki, mən onu gördüm. Amma o sevgi mənim üçün deyildi…"

"Mən səni sevirəm, sevirəm, sevirəm, mən səni çox sevirəm! Gözlərimi yumuram səni görürəm, gözlərimi açıram səni görürəm! Əgər sən yanımda deyilsənsə, onda mən hər yerdə səni hiss edirəm, hər an, hər vaxt, hər dəqiqə, mənim gözlərim səni axtarır… Bunu sevgi, dəlilik və ya ürəyimin döyüntüləri adlandır, mənim üçün bütün bunlar eyni anlamı verir. Mən səni unuda bilmirəm, mən səni unutmaq da istəmirəm! Sən mənimsən, mən səni bütün ömrüm boyu sevəcəm, səni ölənədək sevəcəm, hətta ondan sonra da…"
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 062
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri