Buzluq

Şərhlər: 5
Baxılıb: 2 285
Səs ver:
(səs: 2)
..sevgi də,sevgili də,yalnızlıq da,dostluq da çətindir ,əslində..hər şeyin gözəlliyi qədər çətin tərəfləri var bu həyatda..birini başa düşmək,anlamaq lazımdır,məsələn..amma onun ehtiyacı olduğu zaman etməlisən bunu..çünki,insan kitab deyil..öldükdən sonra təkrar təkrar oxuya bilmə şansın olmur..qırıq bir qəlbin ən çox ehtiyac duyduğu şeydir başa düşülmək..bəzən bir söhbət,bəzən bir dost çiyni,başını qoyub doyunca ağlamaq üçün..nə bilim,o qədər tanıdıqdır ki,bu sözlər..hansı birimiz zaman zaman belə olmadıq ki?..amma bəzən o qədər çətinləşir ki,qarşı tərəfi tanımaq..məsələn,bilirsən ki,həyatına gələn hər kəsin səndən öncə bir hekayəsi var..əminsizlik duyğusu yaranır bir zaman sonra..ən pisi də dostluqdan əmələ gələn sevgi olur..hər sirrini bildiyin zaman..hər kefi pozulanda,hər ürəyi sıxılanda onun keçmişi gəlir ağlına..bəzən həqiqətən bu olur səbəb,bəzən tamamilə başqa..amma o şübhə ki,var..görünməyən ən qatı düşməndir,bu..içini yeyib bitirən bir hiss..hər şeyi tükədən,bitirən,yoran bir hiss..bəzən səni öpdüyü zaman əslində kimlə savaşdığını bilmirsən,səni möhkəm qucaqladığında,içində kimi öldürməyə çalışdığını anlamırsan..sənə "sevirəm" dediyi zaman gözlərindəki hüznün səbəbini bilmirsən..bəlkə də bilirsən və bu səni öldürür,sadəcə başqa bir səbəb axtarırsan..ümid desək daha doğru olar..nifrət də edə bilmirsən,qəbul etmək də çətin olur..çox çətin.....hələ sevgili deyilsiniz,dost heç deyilsiniz..nəsə olanda dəli kimi qısqanırsınız,amma tam bildirə bilmirsiniz,nəsə soruşa bilmirsiniz,fikriniz onda qalır,uzaqdan baxırsınız..bax o vaxtlar ən gözəl vaxtlardır..
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 285
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri