Sənsiz həyat heç nədir...

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 498
Səs ver:
(səs: 0)
Yalançı gülüşlərimdən ayrılarkən çevrilib bu son 1 ildə yaşadıqlarıma baxdım.
Boşluğu hiss etdim. Əslində boşluq hər gün var, mənsə onu duymağın qorxusundan qışqıra-qışqıra danışırdım ki, eşitməyim.
Həftə içi hər gün əladır. Boş vaxtım olmur, dostlar, əyləncə, maraqlı söhbətlər..
Axşam evə yorğun gəlmək, başımı yastığa qoyduğum an yuxuya gedirəm. Soruş ki bəs həftə sonları?..
Yuxunu həsrətlə gözləyirəm, arzulayıram, lakin gəlməz..
Boşluq sıxar məni iki divar tək, əzilərəm qaranlıqda. Sənsə yoxsan..
Hansısa küçələrdə siqaretini tüstülədərək gedirsən. Hara getdiyini heç özün də bilmirsən...
Düzü, heç mən də hara getdiyimi bilmirəm. İkili yaşamla, gülüb-ağlamaqla,
bu yaşda heç olmayacaq qədər olan problem və sıxıntılarla hara gedirəm görən?
Heç tanımadıqlarımın da yükü ağır gəlir artıq.
Bir də dinləməyəcəyəm heç kəsin dərdini.. Bəlkə yüküm azala çiyinlərimdən...
Başımı qatmaqdan əl çəkib həyatıma baxmaq istəmirəm.. Qapağı xoşbəxtlik olan,
lakin içi monoloqlardan təşkil olunmuş bir kitaba bənzəyir həyatım.
Özüm özümə nağıl danışım, nə qədər? Uda biləcəyəmmi boğazımda ilişib qalan hıçqırığı?
Reallaşdıra biləcəyəmmi xəyalını qurduğum arzuları?
Heç olmasa bu dəfə alınacaqmı istədiyim kimi? “Bu dəfə keçdi, bəxtinizi bir daha sınayın.”..
Yüz emosiyadan bircə anda seçdiyim o xırda gülüş üçün darıxıram. Baxışların üçün darıxıram,
ya da kobud səsin... Mən yaşadıqlarım üçün darıxıram, yaşaya bilmədiklərim üçün.
Bütün dərdimi bircə ürək çırpınışıyla unutmağım üçün darıxıram.
Hərdən xəyallar da ürəyi elə bərk-bərk döyür. Hərdən bir xatirə..
Bir də o xoşbəxtlik görən gələrmi? Mən sənin üçün darıxıram..
və Nəticəm : Sənsiz həyat heç nədir...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 498
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri