Sağlam Bir Əlaqəyə Sahibsiniz, Əgər........

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 049
Səs ver:
(səs: 0)

 

Yoldaşınız sizə güvənə bilirsə və siz yoldaşınıza güvənirsinizsə.
Sizə davranılmasını istədiyiniz kimi bir-birinizə davranırsınızsa
Qarşılıqlı olaraq bir-birinizin fərqli fikirlərini və maraq sahələrini qəbul edirsinizsə.
Əlaqədə özünüzü etibarda hiss edirsinizsə.
Bir-birinizin yoldaşlarından xoşlanır və onlarla zaman keçirməniz üçün qarşılıqlı bir-birinizə dəstək verir və həyatınıza onları daxil etmək istəyirsinizsə.
Əhəmiyyətli qərarları birlikdə alırsınızsa
Bir-birinizdən uzaqda zaman keçirmənizi anlayış ilə qarşılayırsınızsa.
Bir-birinizin adını qorumaq üçün özünüzü məsul hiss etmirsinizsə ya da qarşılıqlı səhvlərinizi bağlamaq məcburiyyətində hiss etmirsinizsə.
Bir-birinizi fərqli fəaliyyətlər sınağınız mövzusunda dəstək olursunuzsa (futbol oynamaq, sağlam vərdişlər inkişaf etdirmək, bir kursa qatılmaq kimi) və hədəflərinizə çata bilməniz üçün bir-birinizə dəstək olursunuzsa.
Qarşılıqlı olaraq bir-birinizi olduğunuz kimi sevirsinizsə - yalnız göründüyünüz insanı deyil.
Qarşılıqlı olaraq düşündüklərinizi və niyə belə düşündüyünüzü söyləməkdən qorxmursunuzsa. Hər vaxt eyni fikirdə olmasanız  belə qarşılıqlı olaraq bir-birinizin düşüncələrini eşitməkdən xoşlanırsınızsa.
Aranızda həm yoldaşlıq həm cinsi çəkiliş varsa.
Həftənin 7 günü 24 saatı birlikdə olmaq məcburiyyətində deyilsinizsə.
Bir-birinizi cinsi əlaqəyə girməyə ya da istəmədiyiniz bir davranışı etməyə məcbur etmirsinizsə.
Əlaqənizdə xoşbəxt zamanlar, bədbəxt olduğunuz zamanlardan daha çox isə
Hər iki tərəfdə öz qərarlarını ala bilir və yeri gəldiyində öz ehtiyaclarından fədakarlıq edə bilirsə
Anlaşılmazlıqlar açıq və dürüst danışmalar ilə həllə çatdırıla bilirsə
Qarşılıqlı olaraq sərhədlərinizi bilirsinizsə və harada dayanmanız lazım olduğunun fərqindəsinizsə
Xoşbəxtli edilmək üçün qarşınızdakının hərəkət etməsini gözləmirsinizsə və qarşılıqlı olaraq öz xoşbəxtliyinizin məsuliyyətini boynuna götürə bilirsinizsə.
Qarşılıqlı olaraq bir-birinizi bağışlaya bilirsinizsə və səhvlərinizi anlayış ilə qarşılaya bilirsinizsə
Gərgin olduğunuz zaman bir-birinizi sakitləşdirməyi bacara bilirsinizsə
Aranızda açılan yaraları və inciklikləri qarşılıqlı olaraq yaxşılaşdıra bilirsinizsə.
Səhvlərinizi qəbul edib bir-birinizdən üzr istəyə  bilirsinizsə
Birlikdə zaman keçirə bilirsinizsə
Qarşılıqlı olaraq bir-birinizi qiymətli və əhəmiyyətli tapırsınızsa
Sağlam bir əlaqəyə sahibsiniz deməkdir…

 

 

Tərcümə  etdi ve hazirladi: PURE LOVE


(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 049
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri