Sonra anladım ki, ən pis şey özünü təm-tək hiss etdirən insanlarla yaşamaqdır

Müəllif: Aykam2001
Şərhlər: 8
Baxılıb: 2 318
Səs ver:
(səs: 1)
Mən səninlə qəhvə içmək istəyirəm, yalnız səni bilmək, səni yanımda hiss etmək istəyirəm, sənə şeir oxumaq istəyirəm, yazaraq tükəndim, mən artıq yazıları sənə söyləmək istəyirəm, kiçik evdə böyük xəyallar qurmaq istəyirəm səninlə birlikdə, üşüyən əllərimi sənin əllərinlə qızdırmaq istəyirəm,eyni mahnıda ağlayıb, eyni mahnıda gözlərinə baxıb öpmək istəyirəm, xəyallarım çoxdur, səninlə gerçəkləşdirmək istəyirəm, 'qəhvəyi gözlüm' mən sevmək deyil, səninlə yaşlanmaq istəyirəm

Sonra anladım ki, ən pis şey özünü təm-tək hiss etdirən insanlarla yaşamaqdır


Cəmiyyət səni anlamadıqca sən cəmiyyətə nifrət edəcəksən, kobud olacaqsan, önəmsədiyin şeylər və insanlar az qalacaq, tərk edib getmək üçün gün sayacaqsan.



Fəsillər keçdikcə dahada yadlaşdıq,yox olmağa çalışarkən ara sıra oxşar simalar xatırlatdı yaşanmışların ta ortasında qırılıb qalan yetim uşaq kimi boynu bükük xəyallarımızı



Əllərimiz həsrət qaldı isti nəfəslərə. Nəfəsimiz şaxtanın ortasında donub qalan xatirələri necədə ovuda bilərdi bir bilsən



Əvəllər düşünürdüm ki həyatda ən pis şey təm-tək qalmaqdır. Sonra anladım ki, ən pis şey özünü təm-tək hiss etdirən insanlarla yaşamaqdır.

(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 318
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri