Boş ver məni.

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 2 072
Səs ver:
(səs: 1)
Boş ver məni.Nə qədər çox yoxsan...

Deyə bilmədiyim sözlər qədər, yoxluğuna içdiyim içki şüşələrinin sayı qədər. Narahat olarsan birdən,
boş ver məni,hər şey qaydasındadır. Sadəcə, arada yoxluğun qarışır hisslərimə, o qədər. Bilirsən, hərdən harda olduğunun önəmi yoxdur deyə düşünürəm, nə qədər çox gəzsəm də səni görə bilmə ehtimalım olduğu küçələri. Hərdən də bu şəhərdə bir yanlışlıq olduğunu düşünürəm, heç bir küçəsində yoxsan deyə. O qədər çox yoxsan ki... "Hardasan axı?!" Hardasan sualı ilə gecələr tükətdiyim siqaret qutularının sayı qədər yoxsan. Sənə bənzətdiyim qadınlar qədər. "Necəsən?" suallarına "-yaxşıyam." kimi yalanlarım qədər yoxsan sən... Boş ver məni, yenə sən oxuya bilmədikdən sonra mənasız qalan cümlələrdən yazıram. Bax, elə bu yazıları oxuya bilməyəcəyin qədər yoxsan. Bəlkə də, heç olmamısan, bilmirəm. Bircə bildiyim bu yazının ardına yaza biləcəyim cümlələr qədər

Boş ver məni.yoxsan sən.. yoxsan yəni
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 072
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri