Səninlə olmanın ən gözel anı

Müəllif: Barbaris
Şərhlər: 8
Baxılıb: 1 976
Səs ver:
(səs: 0)
Səninlə olmanın ən xoşbəxt anı nə bilirsənmi?

Əlin əlimə dəymədən ovuclarımı tərlədən istiliyini taa içimdə hiss etmək.

Səninlə olmanın ən pis anı nə bilirsənmi?
''Səni sevirəm'' sözcüyü dilimin ucunu dişləyərkən hər danışmamızda boş yerə saatlarla havadan sudan danışmaq.

Səninlə olmanın ən həyəcanlı anı nə bilirsənmi?
Eyni şeyləri səninlə eyni anda düşünmək birlikdə ağlamaq gülmək. Burdaykən belə sənin üçün dəlicə darıxmaq...

Səninlə olmanın ən acı,ən ağrılı anı nə bilirsənmi?
Səni heç tanımadığım bir çox insanlarla paylaşmaq. Sənin yanında olan, səninlə danışan hər kəsi uşaq kimi qısqanmaq.

Səninlə olmanın ən xoşbəxt anı nə bilirsənmi?
Tanış bəziləriylə qarşılaşma narahatlığı ilə yollarda getmək yan-yana... Əlimdəki çətirə baxmayaraq yağışda dəlicəsinə islanmaq. Əlimdə çiçəklə səni gözləmək... Eyni məkanlarda eyni yeməkləri yemək.

Səninlə olmanın ən romantik anı nə bilirsənmi?
Sənsiz gecələrdə sənə söyləyə bilmədiklərimi ulduzlara aya izah etmək... Oxuduğum kitabın səhifələrində dinlədiyim mahnıların , şeirlərin hər misrasında səni tapmaq.

Səninlə olmanın ən çətin anı nə bilirsənmi?
Səni itirmə qorxusuyla həyatda ilk dəfə daddığım o tərifsiz duyğularımı ümid dənizinin ortasında kürəksiz bir qayığa həbs etmək. Sevimli yerinə illərcə dost qalmağı bacarmaq. Ayaqyalın getmək bıçaqın ən iti yerində. Qanadıqca duz yerinə gözyaşlarımı basmaq ürəyimə.

SəninSiz olmaq nə bilirsənmi?
Haradan biləcəksən?((((

Sən mənimlə heç olmadın ki. Olsaydın ovuclarım tərləməzdi... Dişləməzdim dilimin ucunu... Darıxmazdım sənin üçün yanımdaykən. Qısqanmazdım.

Qorxmazdım yollarda getməkdən. İslanmazdım yağışlarda... Ulduzlara aya dərd yanmaz, belə hər mahnıda belə üzgün olmazdım.

Qorxmazdım səni itirməkdən ayaqlarım qan rəvan atlardım qayıqdan dənizə... Və seni nə qədər çox SEVDİYİMİ qışqırardım....... Ex Həyat...
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1 976
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri