Rəssam oldum Mən

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 1 619
Səs ver:
(səs: 2)
Mərhaba digər yarım ;
Səsin səsimə dəydiyində ,
gecənin Eşqə ayrılan pəncərəsindən gizlicə,
adın qarışdı adıma .

Rəssam oldum Mən, sənə izah etmədim təbii.
Sürpriz olsun istədim.
Gəlirsənsə bir gün, gör şah əsərlərimi, çaş istədim. ...
Şüşə buğu rəssamı oldum mən, eşitdinmi heç ?
Adını dəyişik şəkillərdə yazıram buğlu şüşələrə.

Şaquli, üfüqi, çəpəki.
Bəzən bir ürək içində, bəzən addımın yanında,
hətta və hətta gözbəbəklərinə baş hərflərimizi yazıram.

Bütün bunlardan xəbərin yox, bilirəm.
Söyləmirəm sənə bilərək.
Hiss et istəyirəm.
Bacara bilmədiyin bu hiss etmək var ya, ondan.
Bu şəhərdə səndən sonra çox dəyişdim mən.
Heç bir şeydə sən yox idin əvvəllər,
Lakin hər şeyə səni tikdim
Dırnaqlarımla, barmaqlarımla, qələmimlə.
Var etdim səni yeni başdan anlayırsanmı ?

Gözlərini çəkirəm,
Yazdığım şeiri baxaraq oxuyuram da içinə.
Çəkmir gözlərin , gözlərimdən özünü.
Sus demir şeirin orta yerində.
Bitənə qədər ayırmırsan gözlərini gözlərimdən.
Qəribə deyilmi ?
Səndə tapa bilmədiyimi
şüşədəki Səndə tapdım Mən.
Öz əsərimdə tapdım,
Səni orada tapdım mən.

Gedirəm demir bilirsənmi ?
Bitdi demir,
danışmır vidaya dair bir tək cümlə...

Anlaya bilirsənmi məni bilmirəm.
İndi ‘ gəlirəm ‘ desən
Gəlmə! deyəcəyəm sənə.
Gəlmə !!
Mən belə xoşbəxtəm.
Səndəyəm işdə.
Səninləyəm.

Artıq səni sevə bilməm üçün sənə ehtiyacım yox.
Səni yaşada bilmək üçün
belə hər gün yenidən,

Mənim olaraq, mənə aid olaraq ,
Özümə ehtiyacım var yalnız.
Qırılmadın ümid edirəm mənə.
Bu sətirlər ,
bir Eşq yanılması sonrası oxunacaq ürəyinə ,
özün tərəfindən.
Həm də sətiri sətirinə.
Eynilə mənim kimi et olarmı ?
Beləsi ən yaxşısı..
İncidici olmursan və ya qırılmırsan.
İtirmirsən ,
Ağlamırsan ...
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 1 619
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri