Eynilə mənim kimi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 1 857
Səs ver:
(səs: 1)
Hadi bir oyun oynayaq yenidən. Bu səfər fərqli olsun, qaydaları mən qoyum, bu səfər gözləyən sən ol. Bu səfər sən kədərlən. Ağlamanı istəyirəm. Oyun oynayaq, əyləncəli olsun amma sən məhv ol! Oynayaq və düşündürüm səni, maraqlan, ağılın qarışsan amma həmişə güvən mənə çox güvən. Bu dəfə mən səni arxandan vurum, nə deyirsən? İnsanlara, mənə nə qədər güvəndiyini izah etdiyin günlərə lənət et. Lənət et sən də arxamdan. .Mənim üçün dinlədiyin mahnıları qadağan et qulaqlarına amma səni gördükcə səsini açsın insanlar. İşdə o zaman təkrar nifrət et məndən... Təkrar cır at ağılındakı şəkilimi, səsimi eşitmə, burax əllərimi.

Bir oyun oynayaq və bu dəfə mən uyğun gəlməyim qaydalara, yalan danışım sən də inan-çox güvənəcəksən ya mənə- hər şeyin yalan olduğunu oyun hələ bitmədən bir başqası izah etsin sənə. Və yıxıl istəyirəm, kədərlən, ağla, peşman ol, birdən nifrət et istəyirəm. Amma bir tərəfin oyun yoldaşında qalsın... O mahnıda məni darıx yenə oyun əsnasındakı kimi. Eynilə mənim yaşadığımı yaşa sən də...

Gəl yenidən oynayaq, sıxılma bu dəfə və həmişə bir cümlə qurmamı gözlə məndən. Səbirsizcə gözlə amma mən sənə söyləməyim bu sözləri-SƏNİ SEVİRƏM- deməsin dilim. Amma sən gözlə olarmı? Sev və gözlə. Mən ən yaxınına bir yerə pıçıldayaram bu cümləni və sənə bərabər gəlməz bir yaxınına sıçrayar bəlkə.. Duyunca kədərlənəcəksən əmin ol. .Mahvolacaksan sən də! Harada səhv etdim deyə düşünüb paralanma, vaxtını itirmə. .Ben cavabı tapdım...Əsl olan səhv sən olacaqsan, mən olacağam, güvənmək ən böyük səhv olacaq. Nə qədər axmaq olduğunu pıçıldayacaqsan özünə. Və bəzən qışqıracaqsan, kimsə yoxkən, ətraf səssizkən... AH KAŞ Kİ deyəcəksənn.. Anla işdə sən də nifrət edəcəksən səndən, eynilə mənim kimi.

Bir oyun oynayaq və sənin etdiklərini mən edim bu dəfə, kədərlənməyini istəyirəm. Eqoistcə bəli amma məni anlamanı istəyirəm, keçmişinin küllərinə baxaraq anla məni. Bunları mən edim və bir üzr dahi diləməyim səndən. Səssizcə uzaqlaşım bir gün hətta yox olum səndən. Və bir başqasından dinlə olanları, axmaq hiss et özünü, məni günahlandır və müğənninin də dediyi kimi yan sən!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 857
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri