Mənim Statuslarım (my_angel'dən özəl)

Müəllif: my_angel
Şərhlər: 16
Baxılıb: 8 706
Səs ver:
(səs: 1)
P.S. Hansısa saytda paylaşılsa əgər, Qadınla.Com adı və müəllif adı qeyd edilsin zəhmət olmasa.
Statuslarım gün işığı görsə, yəni bəyənilsə davamı gələcək :)

1. Dünyam sənin mavimsi yaşıl mücəhvərlərindən ibarətdir. (Not: Burada mücəhvər göz mənasındadır,gözlər qiymətli mücəhvərə bənzədilmişdir)

2. İnsanın inamı öldüsə,ruhu öldü deməkdir. İnamınızı heç zaman itirməyin.

3. Fədakar eşqin ən gözəl halı sənin sevgi dolu hər zərrəndə gizlidir.

4. Qəlb qırmaq dərin açılmış yaraya bənzəyir, bitişsə də bir yerlərdə əbədi izi qalır..

5. Ürəkyaxıcı iztirabların adı imiş - "dünya".

6. Sizi dəyərli hissetdirən insanlar olsun həyatınızda, hansı ki, varlığına hər an şükr etdiyiniz.

7. Həyatda 2 cür insan var: günəşi görənlər və günəşi gördüyünü zənn edənlər.

8. Digər xüsusiyyətlərdən ziyadə, insanın qanında vicdan və dürüstlük dolaşmalıdır ən əsası.

Mənim Statuslarım (my_angel'dən özəl)

9. Bu necə sevgidir deyə bilmirəm, hər an nəfəsimdə səni hissedirəm.

10. İnsanın qəlbi göyüzündəki büllur işıqlı ulduzlara bənzəyir..Bu ulduzu pis əməllərinizlə söndürməyin.

11. Bəzən insan bir kəlmə belə danışmaq istəməz, qəlbindəki ağrılar maneə olar..

12. Zaman, dəyərin əsas ölçü vahididir,kimə daha çox dəyər verirsənsə,o qədər də zaman ayırırsan.

13. Qəlbində mərhəmət olmayan birindən nəyisə gözləmək, çürümüş meyvədən gözəl dad gözləmək kimidir,çünki ikisi də mümkün deyil.

14. Xəyallar aləmi - hər şeyin mümkün və qüsursuz olduğu tək aləmdir. Xəyallarınızın gerçək olması diləyi ilə..

15. Durmadan yağan yağmur olmaq istərdim,o gözəl qəlbinə toxunan, incə-incə, həzin-həzin..

Müəllif: Büllur✿ (my_angel)

(səs: 1)
Şərhlər: 16
Baxılıb: 8 706
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri