Xoşbəxt sonluq yoxdur. Çünki sonluq varsa xoşbəxtlik yoxdur.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 4 607
Səs ver:
(səs: 0)
İnsanların səadət qədər fəlakətə də ehtiyacları var.

Acı ya da şirin, fərq eləməz, xatirələr həmişə əzab verir.

Böyük insanlar bu dünyada böyük əzablar çəkməlidir.

Sevdiyimiz adamın hər yalanında həqiqət, sevmədiyimiz insanın hər həqiqətində yalan axtarmağımız necə də qəribədir.

İnsanı ağrıdan xəyalların suya düşməsi yox, yaşanması mümkün olan xoşbəxtlikləri yaşamamaqdır.

Deyirlər ki, heç nəyə təəccüblənməmək dahilərin işidir, amma məncə bu xüsusiyyət axmaqlara da aiddir.

Həyata yenidən başlasa idim saniyələrin də nəbzini tutardım.

Rahatlıqla xoşbəxtlik olmaz. Xoşbəxtlik böyük əzablardan sonra əldə edilən nemətdir.

Qürurlu insan özünü tanıyan və özünü ən dərinliklərinə qədər mühakimə etməyi bilən insandır.

İnsanın etdiyi ən böyük səhv özünü başqalarının qarşısında gülünc vəziyyətə salmaqdan qorxmasıdır.

Əzab çəkmək ali zəka və həssas qəlbə malik olan insanlar üçün məcburiyyətdir.

Xoşbəxt sonluq yoxdur. Çünki sonluq varsa xoşbəxtlik yoxdur.

İnsan ruhunu yüksəldən əzab hər zaman kiçik xoşbəxtliklərdən daha yaxşıdır.

Səni məndən qoparırlar. Yox, yox! Elə bil ürəyimi yerindən çıxardıb aparırlar. Necə olur bu? Həm ağlayır, həm də gedirsən…

Həyatı gözəlləşdirən ani xoşbəxtliklər deyilmi?

Sən təmiz ürəkli və ağıllısan. Mən isə pisniyyət və axmağam. Amma nə fərqi var? İkimiz də bədbəxtik və ikimiz də əzab çəkirik.

Dostoyevski
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 607
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri