Xəyanətlə üzləşən qadın nə etməlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 18 549
Səs ver:
(səs: 8)
Xəyanətə məruz qalan qadınlar üçün bunu həzm etmək,mənəvi çətinliklərin öhdəsindən gəlmək heç də asan deyil. Aldadılan qadın bu yıxılmanın, haqsızlığın,iztirabın altından asan qalxa bilmir və çox vaxt depressiyaya düşür.

Xəyanətə kim göz yuma bilir ki? Hələ də sizi aldadan çox sevdiyiniz, həyatınızı bağladığınız ,ona görə nələri qurban verdiyiniz həyat yoldaşınız olsa,daha pisdir.İnanın ki, dəhşətli bir haldır.Belə olduqda,aldadılan qadınlar özlərini ciddi bir böhranın içində tapırlar. Aldadıldım...

Onu biriylə gördünüz ya da sizi aldatdığına tam əmin oldunuz. Üstəlik bir də sizi tərk etdi. Tək və bədbəxt insan nə edər?

İndi nə etməlisiniz?

Aldadılan insanlar dərhal əsəbləşə, dəli olma dərəcəsinə belə gələ bilər. Bir az sakit olun...

Oturun və düşünün.Aldadılma da dünyanın sonu deyil, tərk edilmək də. Bunu edən adamın şəxsiyyətsiz bir insan olduğunu ağılınızdan çıxartmayın.Ondan ötrü göz yaşı tökməyə belə dəyməz.Zəiflik göstərməyin.

Daima beyninizdə belə bir fikir dolaşır: Sizə bunu niyə etdi?

Bunu əsla fikirləşməyin,hələ özünüzü heç qınamayın, təqsirləndirməyin.Siz olmasanız da başqası olsa da, yenə eynisini edəcəkdi. Sizi siz olduğunuz üçün aldatmadı. Aldatmaq onun canında-qanında vardır. Xassiyyəti belədir və aldatdı. O səbəblə özünüzü qeyri-kafi, ya da günahkar hiss etməyin. Aldatmağa meyilli insan kimlə birlikdə olursa olsun, bir fürsətini tapdığında aldadar.Bu mütləqdir.

İndi nə olacaq?

Onunla email ya da sms yolu ilə deyil, üz-üzə danışın. Ürəyinizdəkiləri, hisslərinizi və düşüncələrinizi ona birbaşa deyin. Tamaşaçı həm qeyri-kafi ünsiyyətə səbəb olar, həm də sizi böhrana salar. Özünüzü ifadə etməyə gətirib çıxarar.

Özünüzü evinizə və ya otağınıza bağlamaq yerinə çölə çıxın. Gəzin, yoldaşlarınızla birlikdə olun və başınızı qatın. Onun sizə vurduğu zərbə əslində öz şəxsiyyətinə vurduğu zərbədir. Onun üçün kədərlənməyə dəyməz. Bunu düşünün. Ağlamaq istəyirsinizsə ağlayın və açılın. Hamımız insanıq və hamımız zəifik.

Onu tamamilə unudun. O bir ləkəydi həyatınızda. Silin və yolunuza davam edin.Həyat davam edir...

Əgər sizin başınıza xəyanət və tərk edilmək gəlsəydi, siz nə edərdiniz?

/Mənbə:Qadınlar.biz/


 

(səs: 8)
Şərhlər: 2
Baxılıb: 18 549
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri