"Acı Həqiqət"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 6 470
Səs ver:
(səs: 11)
Bu yazıda bir gənc ailənin dağılmasından söhbət açılır. Yeni ailə qurmuş Nadir bəy nəfsinin istəklərinə uyaraq öz mömin həyat yoldaşı Gülnarəni əldən verir. Sonda peşmançılığı ona heç bir fayda vermir. Əvvəlcə bir-birinə çox mehriban olan bu gənc ailənin sonu nakam sonluqla bitir. Buyurun oxuyun!
 Gülnarə: Ay həyatımın mənası, dur, gecə namazının vaxtıdır. Həmişəki kimi yenə də, Allaha sevgimizdə sadiq olduğumuzu göstərək.
 Nadir (gərnəşərək): Ay canım! Allah səni mənə ən böyük nemət verib. Görəsən sən olmasaydın necə Allaha yaxınlaşardım mən? Alimlərimiz düz deyib: "kişi xanımın ətəyindən meraca da gedə bilər, tənəzzülə də uğraya bilər. Səni özüm qədər sevirəm, canım.
 Gülnarə: Ay ürəyim, bəsdir bu qədər tərifləmə məni, qorxuram sevgimizə göz dəyə.
 Nadir: Niyə göz dəyir ki, qorxma, heç zaman səni kiməsə dəyişmərəm.
 Bax beləcə bu gənc ailə bir-birini sevərək günlərini Allah üçün yaşayır, həyatın mənasını Uca Allaha ibadətlərində görürdülər. Allah da öz növbəsində ibadətin şirinliyini yavaş-yavaş onlara daddırırdı. Evlənəndən bir il keçmişdi, amma uşaqları olmurdu.
 Bir gün Gülnarə yoldaşına "ata olacaqsan" - deyə müjdə vedi. Sevinci yerə-göyə sığmayan Nadir, tez çölə çıxıb xanımına bir dəstə gül alır. Bundan sonra onlar, qonaqlarının yolunu gözləməyə başlayır. Günlər keçir, aylar ötür. Qonaqlarının gəlməsinə bir-iki ay qalırdı. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Amma bu dəfə deyəsən fələk yox, Şeytan saydığını sayırdı.
 Bir gün axşamüstü maşınıyla işdən evə qayıdan Nadir, yolda tək-tənha taksi gözləyən, təqribən 30-35 yaşında bir xanım görür. Artıq günəş qürub etmək üzrə idi. Nadir ürəyində fikirirləşir ki, əgər bu xanımı götürməsəm, mümkündür gecəyə düşər və "nəfsinin qulu olanlar” xanıma sataşarlar. Nadir maşını saxlayıb, şüşəni aşağı saldı, xanıma "buyurun əyləşin xanım, istədiyiniz yerə çatdırım sizi”. Xanım da, heç bir etiraz etmədən məmnuniyyətlə təklifi qəbul edərək maşına oturdu. Nadir, unvanı xanımdan soruşub onu mənzil başına çatdırdı. Xanım maşından enəndə: "buyurun bir manatdır, azdır, amma olanım budur” - dedi. Nadir, "mən taksi işləmirəm və pulu götür özünə” - deyə cavab verdi. Xanımın çox israr etməsinə baxmayaraq Nadir pulu qəbul etmədi.
Evinə dönür Nadir. Həmişəki kimi yenə həmin mehribançılıq, yenə evə girəndə xanımı onun qabağına qaçıb Nadiri qarşılayır, bir yerdə şirin-şirin yemək yeyir, deyib-gülür, ibadət edirlər və s. 
 Əlqərəz, başınızı çox ağrıtmayım. Səhər yenə evdən işə gedəndə xanımının mehriban təbəssümü ilə evdən ayrılır. Axşam çağı işdən qayıdanda yenidən həmin yerdə dünənki xanıma rast gəlir və dünənki niyyətlə xanımı maşına dəvət edir. Xanım maşına oturur. Nadir güzgüdən boylanaraq xanıma "hər gün bu vaxtmı işdən qayıdırsınız, belə gec olur?” – dedi. 
-     Bəli, baş mühasib işləyirəm - deyə cavab verir. 
-     Universitet bitirmisinizmi?
Gülümsəyərək: "bəli, özü də qırmızı diplomla”.
-    Maşallah olsun belə istedada.
-     Bəs siz harada işləyirsiniz?
-     Mən sizin kimi qırmızı diplomla universiteti bitirməmişəm ki, məmur işləyim. Əlavə edərək dedi: "Mənim dükanım var, yeyinti məmulatları satıram”.
 Xanım "aha, bildim” - deyib üzünü şüşəyə tərəf çevirdi, yola baxdı. Sükut çokdü. Nadir də maşını asta-asta sürürdü. Bir azdan xanım sükutu pozaraq:
-    Ata-ananızla birgə yaşayırsınız? – dedi. 
-     Məgər mən o qədər uşaq görünürəmmi bu sualı verdiniz mənə? Bir ildən çoxdur ki, evlənmişəm. Bəs siz neçə ildir evlənmisiniz? - deyə Nadir əlavə etdi.
Ah çəkərək: "Mən beş il bundan qabaq ailə qurmuşdum, amma bir il olar ki, ərimdən boşanmışam” - dedi. 
-    Ayrılmısan? Niyə? - deyə Nadir elə bil yuxudan ayıldı. 
-     Mənə xəyanət etdi. Başqa xanımla tanış olmuşdu, məni saymırdı və günümü qara etmişdi evdə. Mən də bezdim ayrıldım axırda ondan.
-    Nə olardı ki, qoyaydın onu da alaydı.
-    Mən buna dözə bilməzdim, elə bu səbəbdən ayrıldım. Xoşbəxtlikdən uşağımız da olmurdu.
Nəhayət gəlib mənzil başına çatdılar. Yarım saat da qadının evinin yanında onunla şirin-şirin söhbət etdikdən sonra Nadir evə döndü. Xanımla etdiyi uzun-uzadı söhbət artıq Nadirin ürəyini oynatmışdı. Evə çatdı, həmişəki kimi bu dəfə də həyat yoldaşı Nadiri mehribancasına qarşılamasına baxmayaraq, o xanımıyla soyuq görüşərək yorğunluğunu bəhanə etdi. Artıq şeytanın oxunun zəhəri Nadirin qəlbini zəiflətməyə başlamışdı. Fikri yalnız o xanımın yanında idi. Həyat yoldaşı ilə az danışır, yoldaşının suallarına könülsüz cavab verirdi. Fikirli-fikirli namazını qılıb iştahasız yeməyini yeyəndən sonra taxtın üstündə uzanıb sağ əlini gözlərinin üstünə qoyub dedi: "Gülnarə, mən yatıram əgər yatmaq istəyirsən gəl yat”. Halbuki, bundan əvvəl Gülnarəsiz gözünə yuxu getməzdi. Heç nədən xəbəri olmayan Gülnarə elə bilirdi ki, əri çox yorğundur, ona görə də, Nadirin sözlərini ciddi qəbul etmirdi. 
 Bu minvalla Nadir, hər gün işindən evə qayıdanda yoldakı xanımı maşına alır, şirin-şirin söhbətlərlə evə gəlirlər. Artıq Nadir də o qadının qəlbinə yol tapmışdı. Nadir evə gələndə hər gün bir şeyi bəhanə edərək deyinir və evdə dava salırdı. Gülnarənin azad olmasına artıq bir neçə gün qalırdı. Nəhayət, iş o yerə çatdı ki, bir gün səhər Nadir yoldakı qadına olan sevgisini Gülnarədən gizlədə bilmədi. Əvvəl Gülnarəyə şirin dillə girişərək o qadını evə gətirmək üçün onu razı salmaq istədi. Bu sözləri eşidən Gülnarə sanki yuxu görürdü. Qulaqlarına əsla inanmırdı. Artıq gözləri dolmuşdu. Təəccüblə Nadirə baxaraq: "Ay Nadir! bu sözləri deyən sənsənmi? Sən deyildinmi mənə səni heç kimə dəyişmərəm deyirdin? Sən deyildinmi yemək duzlu dəyəndə pərt olmayım deyə yeməyi daha çox tərifləyirdin? Bir yeməyə görə qəlbimi sındırmaq istəmirdinsə indi necə olur bu cür zülmü mənə rəva bilirsən...”
-    Vaaayyyy, bəsdir başım şişdi - deyə Nadir yoldaşının başına qışqırıb, onu bu yolla qorxudaraq sakitləşdirmək istədi. Amma artıq gec idi. Gülnarə öz məhəbbət gülünün solduğunu görürdü. Onu sakitləşdirmək mümkün deyildi. O indi yalnız saf məhəbbətinin məhv olmasından qorxurdu. Nadirin hədə-qorxusu faydasız idi, amma onun bundan xəbəri yox idi və elə bilirdi ki, başqa yollara əl atsa öz istəyinə çatar. Get-gedə qəflətə düşən Nadir, xanımının ona dediyi haqiqətdən qaçmaq üçün nəhayət Gülnarəyə bir şapalaq vurdu. Bir neçə gündən sonra körpəsini dünyaya gətirən məzlum ana şapalağın təsirindən huşunu itirib yerə yıxıldı.
 Nadirin gözləri yoldakı qadından başqa heç nəyi görmüdü. Hətta yoldaşının yerə yıxılmasına məhəl qoymayıb qapını çırparaq evdən çıxdı. Birazdan Gülnarə özünə gəldi. Artıq məhəbbətini geri qaytarmağın əbəs olduğunu bilib bayır paltarlarını geyinib evdən çıxdı. Hara gedəcəyini özü də bilmirdi. Axı nə atası, nə anası var idi. Qoca nənəsinin öhdəsində böyümüş, toyundan bir neçə ay sonra onu da itirmişdi. O, artıq azad olacağını hiss edirdi. Dünyaya gələn körpəni gələcəkdə nələr gözlədiyini yalnız Allah bilirdi. Gülnarə başına gələnlərin təsəllisini yalnız Allahın onun bu halından xəbərdar olmasında görürdü. Doğuş sancıları başlamışdı. Divardan tuta-tuta yol gedir, özünə sığınacaq tapmağa çalışırdı. Elə bu dəm orta yaşlı bir qadın Gülnarənin bu vəziyyətini görüb köməyə ehtiyacı olduğunu bilərək tələsik yanına qaçdı. Evləri yaxında olduğundan tez evinə aparıb, doğuş üçün lazım olan tədarükü gördü...
Körpənin səsi otağı bürümüşdü. Gülnarədən səs gəlmirdi, sanki heç körpəsini görmək istəmirdi. Qadın üzünü Gülnarəyə tutaraq dedi: "Gözün aydın olsun, uşağın oğlandır”. Amma Gülnarədən səs çıxmırdı. Sən demə artıq o, vəfasız dünya ilə vidalaşaraq əbədi dünyaya qovuşmuşdu. Allahının rəhmətindən ümidini üzməyən Gülnarə artıq istəyinə çatmışdı.
 Nadir isə həmin gün işinə getmədi. Tanış olduğu xanıma zəng edib işdən icazə almasını və onunla görüşməsini xahiş etdi. Xanım da bunun həsrətində imiş kimi, yarım saatdan sonra həmişəki yerində göründü. Nadir onu maşınına mindirib restorana apardı. Yemək sifariş edib stol arxasına keçdilər. 
-     Bildiyin kimi, neçə vaxtdı bir-birimizi sevirik, artıq qovuşmaq vaxtı gəlib çatıb, səni sabah evimə aparıb xanımım edəcəm.
 Xanım riyakar sifətini yenidən göstərib, özünü yazıq hala vuraraq dedi: "Sən nə danşırsan, Nadir? Mənə görə ailəni dağıtma, xahiş edirəm. O da xanımdır. Onun da əlbi var. Mən onun nələr çəkdiyini bilirəm”. 
-     Mən onu sevmirəm, sevə bilmirəm. Özü bilər, yaşamaq istəsə yaşayacaq bizimlə, istəməsə gedər çöldə qurda-quşa yem olar.
 Bəlkə üç saat restoranda söhbət etdikdən sonra Nadir ayağa qalxıb pulu ödədi, xanıma gözü ilə işarə edib durmağını istədi. Nadir xanımı mənzil başına çatdırıb evinə gəldi. Evə daxil oldu. Yoldaşını "Gülnarə, Gülnarə!” - deyə səslədi, amma cavab verən olmadı. Çünki Gülnarə ondan çox-çox uzaqlarda idi və əlçatmaz olmuşdu. 
 "Yetim hara gedib” - deyə Nadir öz-özüylə deyinməyə başladı. "Məni qorxudursan evdən getməyinlə?! Sənin acığına sabah onu gətirərəm sən də, baxarsan”. 
 Evdə çox gözlədi Nadir. Amma Gülnarədən əsər-əlamət yox idi. Axşam düşür, şər qarışırdı, amma yenə ondan xəbər çıxmadı. Nadir artıq bildi ki, Gülnarə daha qayıtmayacaq, bir tərəfdən az da olsa iztirab çəkir, digər tərəfdən isə sevinirdi. Çünki o, nəfsinin istəklərinə çatmağı xeyir bilirdi. Nadir tanış olduğu xanıma zəng edərək, "səhər səni gətirirəm evə” - dedi.
-    Yoldaşını razı saldınmı? 
-    Yoldaşım kimdir, yoldaşım sənsən, sən. Axı mən sənə dedim səndən özgə heç kimi sevmirəm. Evə gələndən Gülnarəni görməmişəm, yəni yoxdur o, çıxıb gedib bilmirəm hansı cəhənnəmə. Əsası budur ki, sabah ev sahibinlə danışırıq, evini təhvil veririk özünə və bundan sonra səni kirayə pulu ödəməkdən azad edirəm.
 Onu da deyim ki, Nadir əgər Gülnarənin hesabına gecə namazına qalxırdısa, indi heç sübh namazı da qılmırdı. Beləliklə, səhər açıldı, həyəcandan səhəri səbirsizliklə gözləyən Nadir, səhəri açan kimi paltarlarını geyinib xanımın görüşünə tələsdi. O, xanımın yaşadığı binanın yanına gəlib ona zəng etdi. Danışdıqları kimi, əvvəlcə ev yiyəsinin pulunu ödəyib, oradan da kəbin kəsdirmək üçün mollanın yanına getdilər. Kəbin oxunandan sonra xanımı evə gətirdi və beləcə yavaş-yavaş ömür sürməyə başladılar. Amma Gülnarədən fərqli olaraq bu xanım, Nadir evə gələndə qabağına qaçmır, onu namaza durğuzmur, vaxtı-vaxtında paltarlarını hazırlamırdı. Özü də xanım Nadirdən onu tez-tez parka, kinoteatra aparmasını tələb edir və hər dəfə də çölə gəzməyə çıxanda mütləq Nadirə bir şey aldırırdı. Bu da onun pulunun aylıq xərcini ödəməsinə mane olurdu.
Təqribən evləndiklərindən bir il keçirdi. Artıq yavaş-yavaş qəflətdən ayılan Nadir səhvini anlamağa başlamışdı. Öz-özünə, "deyəsən mən Gülnarəni itirməklə, hər iki dünyamı itirdim. Axı görəsən nə səbəb oldu mən onu buna dəyişdim. O, mənə nə pislik etmişdi” – deyə fikirləşərək qəhərdən boğazı tutuldu. Nadir bundan sonra xanımın dediklərini almayacağını qərara aldı. Belə olduqda bir müddət sonra qadın da öz iç üzünü büruzə verməyə başladı. Demək olar ki, günləri dava-dalaşsız keçmirdi. İş o yerə çatdı ki, xanım özü öz dili ilə Nadirə, Gülnarəni itirməkdə həyatında ən böyük səhv addım atdığını dedi. O, Nadirə dedi: "Sən Gülnarə kimi vəfalı xanıma xəyanət etdinsə, mənə etməzsənmi?! Ay Nadir mən azad yaşamaq istəyirəm, nə vaxta qədər sənin götür-qoyunu, bişir-düşürünü etməliyəm?” 
 Bu sözləri eşidən Nadirin sanki dünya başına uçurdu. O, artıq anlamışdı ki, mübtəla olduğu bəla, Gülnarəyə etdiyi xəyanətin cavabıdır. O artıq etdiyinə peşman olmuşdu. Amma nə faydası, Gülnarəni qaytarmaq mümkün deyildi. O, "Gülnarə, Gülnarə!” - deyib başına vurur, ağlayırdı...
 Bəli əziz dostlar, bax budur nəfsin istəyinə qul olmaq. Bax bu, bir həqiqətdir, bügünkü cəmiyyətimizin yaralı yeridir. Ümüd edirəm əvvəlcə özüm, sorna siz əziz qardaş və bacılar bu oyunun qurbanı olmayaq. Gəlin öz nəfsimizə görə hansısa ailənin dağılmasına səbəb olmayaq!
/Rəsul Mahmudov /
(səs: 11)
Şərhlər: 3
Baxılıb: 6 470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri