Bu kişilərin xəyanət etmək riski çox yüksəkdir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 17 915
Səs ver:
(səs: 6)
Xəyanət səbəbləri üzərində aparılan araşdırmada məlum olub ki, ataları sədaqətsiz olan kişilərin xəyanət etmə riski daha yüksəkdir. 

İngiltərənin "Guardian” qəzetinin verdiyi xəbərə görə, Çexiyada xəyanətin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılıb. Araşdırmanın nəticələrinə görə, ataları sədaqətsiz olan kişilərin həyat yoldaşlarını aldatmaq riski daha yüksəkdir. 

Araşdırmanın nəticələri "Avropa İnsan Davranışı və Təkamül Dərnəyi” nin konfransında açıqlanıb. Qız uşaqlarının isə analarının sədaqətsizliyindən kişilər kimi təsirlənmədiyi bildirilib. 
Araşdırmanın rəhbəri  Jan Havlicek, təcrübəni 86 cütlük arasında aparıb. Onlardan ailədə necə dolandığı, necə yola getdiyi, cinsəllik haqqında nə düşündüyü və sədaqətsizlik haqqında məlumatlar toplanıb. 

Kişilərin xəyanət etməsi sevgilisindən razı olub-olmasından asllı deyil. Onların adətən cinsəl əlaqə axtarışında olduğu üçün həyat yoldaşına xəyanət etdiyi bəlli olub.
(səs: 6)
Şərhlər: 5
Baxılıb: 17 915
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri