Ancaq qadınlar bu yazını oxumalıdır!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 897
Səs ver:
(səs: 0)
Bütün dünyada belə bir fikir var ki, kişilər qadınlara nisbətən daha çox xəyanət edirlər. Bəlkə də doğru fikirdir. Amma niyə görə kişilər sevgililərini, həyat yoldaşlarına xəyanət edirlər?

Başqasına dəyişildiyiniz vaxt ağlınıza "niyə” sualı gəlir. Bu çox normaldır. Çünki heç bir qadın aldadılmağa layiq deyil. Kişilər üçün "niyə” sualının cavabını vermək sizə düşündüyüz qədər asan gəlməsin. Bəzən bir baxış, bəzən bir az qəzəb, bəzən də seksual istəklər aldatmaq üçün səbəbdir.

Cəlbedicilik

Kişilər həmişə qadınlardan daha güclü olduqlarını deyirlər. Amma kişilər hisslərini idarə etmək barəsində çox zəifdirlər. Qarşılarına gözəl bir qadın çıxanda və bu qadın onlarla maraqlananda, kişilər elə bilir ki, bütün dünya onların başına fırlanır. Kişilər gözəl bir qadının qabağında tab gətirə bilmirlər və bir hərəkətlə tora düşə bilirlər. Belə kişilər sonradan etdiklərinə peşman olurlar. Amma belə xəyanətlər münasibətləri sarsıdır.

Tənhalıq

Aparılan araşdırmalar göstərir ki, kişilər qadınlarından ayrı düşəndə başqa qadınlara maraq göstərməyə başlayırlar. Kişilərin çoxu təkliyə dözə bilmirlər. Buna görə də gərək kişiləri tək qoymayasınız.

Həyəcan axtarışında

Bütün insanlar həyəcan, macəra axtarır. Amma qadınlardan fərqli olaraq, kişilər həyəcanı əks-cinsdə axtarmağa üstünlük verirlər. Yeni dodaqlar, bədənlər, saçlar, söhbətlər yeni həyəcan deməkdir kişilər üçün. Ailə həyatında kişilərin bu cür axtarışlara çıxmasının qarşını almaq üçün münasibətlərinizdə həyəcanın ölməməsi üçün əlinizdən gələni etməlisiniz.

Gərginlik

Kişilərin aldatmaq barəsində ən çox işlətdikləri bəhanə narahatlıqdır. Evdə axtardığı rahatlığı tapmadığını, yoldaşı ilə tez-tez dava etdiyini deyən kişilər, rahatlığı başqa qadınlarda axtarmaq başlayırlar.

Kişilərin yalanlarını gizlədə bilmirlər. Əgər sevgiliniz sizi aldadırsa, bunu necə öyrənə bilərsiniz?

Bəzi əlamətlər:

- O, evə gec gəlir. Hər dəfə də bir bəhanə tapır.
- Sizə yaxşı davranır, hədiyyələr alır. Çox güman ki, sizi aldatdığına görə vicdan əzabı çəkir.
- Onun sizə və uşaqlarınıza olan münasibəti dəyişibsə, sizinlə çox şeyi bölüşmür, sizə az vaxt ayırırsa, çox güman ki, həyatında başqa biri var.
- Sizin yaxşı tərəflərinizi yox, ancaq pis tərəflərinizi görməyə başlayıb.

Bəs belə hallarda nə etməli?

Çıxış yolu nədir?

Münasibətlərin bu yerə gəlməyi üçün nə etmək lazımdır?
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 897
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri