Qadınlar nə vaxt xəyanət edirlər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 10 004
Səs ver:
(səs: 0)
Belə bir düşüncə var ki, təkcə kişilər aldatmağa meyillidirlər. Əslində isə tədqiqatlar da sübut edir ki, kişilərlə qadınların xəyanət etmək nisbətləri eynidir. Qadınların tək fərqi xəyanət mövzusunda daha çox peşəkar olmaqlarıdır.
Qadınlar aldatdığı zaman bunu ortaya çıxaracaq bütün dəlilləri yox edirlər. Qadınlar kişilərdən daha cəsarətlidirlər və yalan danışanda kəkələmirlər. Soyuqqanlı şəkildə xəyanətlərini ört-basdır edən qadınlar görəsən heç vicdan əzabı hiss edirlər?
Alimlər bu suala "yox” cavabını verirlər. Onları bildirilər ki, hər bir qadının xəyanət etmək üçün müəyyən əsasları var, ona görə də başqa bir kişinin qoynunda olanda özlərini günahkar hiss etmirlər.
Bəs görəsən, qadınlar hansı səbəblərdən xəyanət edirlər?

Diqqət göstərmək
Hansı qadın sevdiyi kişinin ona diqqət göstərməsini istəməz ki?! Qadın kişinin onunla maraqlandığını hiss etdikcə münasibətin daha möhkəm olduğunu düşünür. Sevgili və ya həyat yoldaşından diqqət görməyən qadın bu ehtiyaclarını başqa kişilərlə qarşılayırlar. Əgər qadın partnyorundan diqqət görmürsə, başqa kişilərin romantik təkliflərini və ya kiçik hədiyyələrini qəbul edər. Çünki qadınlar da çiçək kimidirlər. Çiçəyin böyüməsi üçün suya ehtiyacı var. O suyu kimin verdiyinin bir o qədər də önəmi yoxdur. Su olmazsa çiçək quruyar. Sevgi, diqqət, əlaqə olmazsa, qadın özünü bədbəxt hiss edər.

Gələcəklə bağlı planlar qura bilməmək
Qadınların instinktləri onları ailə qurmağa, yuva sahibi olmağa təhrik edir. Bir qadın sevgilisi ilə ailə qurmağı xəyal edirsə və kişi heç bir addım atmırsa, qadın evlənə biləcəyi başqa kişilərə doğru meyil edir.
Bu tip qadınlar sevgililərindən ümidlərini üzmədikləri üçün əlaqələrini bitirmirlər. Amma başqa biri ilə görüşməkdən də qalmırlar.

Maddi çıxarlar
Bəzi qadınlar maddi baxımdan partnyorlarından çox şey gözləyirlər. Bu tip qadınlar ümumiyyətlə, lüks yaşamağa və bahalı paltarlara sahib olmağı hədəf olaraq görürlər.
Aşiq olduğu kişi qadını maddi baxımdan təmin edə bilmədikdə onlar xəyanət etməkdən çəkinmirlər.

Həyəcan axtarışı
Partnyorlar arasındakı həyəcan və ehtiras soyuduqda da qadın xəyanətə meyil edir. Hər gün eyni şeyləri təkrarlamaqdan sıxılan və monoton həyatına rəng qatmaq istəyən qadınlar başqa kişilərlə eşq macərası yaşamağa müsbət baxırlar.

Vəzifə
Zəngin, müvəffəqiyyətli karyera sahibi olan kişilər qadınların çoxunu başdan çıxara bilirlər. Evli və ya nişanlı qadınlar isə belə bir kişi üçün münasibətlərini bitirməyə və ya partnyorlarına xəyanət etməyə razı olurlar.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 10 004
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri