Xəyanəti bağışlamaq və unutmaqmı ya?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 900
Səs ver:
(səs: 0)
Xəyanət sənə vurulan ağrı deyil,ağrıya dözmək olur və ya ona uyğunlaşıb onunla yaşamaq olur.

Xəyanət sənə edilən alçaqlıq da deyil,alçaqlığı qəbul etməsən də onu başa düşmək olur,deməli hardasa haqq qazandıra bilirsən.

Xəyanət elə bir vəziyyətdir ki heç cür başa düşə bilmirsən insanın hərəkətini,heç cür qəbul edə bilmirsən ki o niyə belə etdi?Axı sənə elə gəlirdi onu yaxşı tanıyırsan.

Elə bilirdin onun istənilən hərəkətini,sözünü əvvəlcədən başa düşürsən.Amma o gözlənilməz addım atdı,sənin gözləmədiyin addımı.Bu arxadan zərbə kimi,kürəyə sancılan bıçaq kimidir.

Alçaqlıq unudulacaq,ağrılar keçib gedəcək.Amma sən heç vaxt yerinə yetməyən ümidlərini bağışlaya bilməyəcəksən.Özünü doğrultmayan gözləntilərin,şəxsi ideallarının uçub dağıdılması,inamının bir anda yox olmasını bağışlamayacaqsan.

Xəyanəti bağışlamaq olarmı?Məhz xəyanəti-yalanı yox,vəfasızlığı da yox,təkcə xəyanəti.İstər sevgililər arasındakı münasibətdə,istər dostlar arasındakı...

Xəyanəti bəzən düşünülməmiş addım da olur və xəyanət edənin xarakterinin zəifliyindən və qorxaqlığından xəbər verir.Sənin xarakterinin gücü isə onu bağışlamağından asılıdır

Bağışlamaq və unutmaqmı?

Bağışlamaq və özünü yeni xəyanətlərə hədəf etməkmi?

Axı bununla yeni xəyanətlərə zəmin yaradırsan.

Və yaxud bağışlamaq...amma bunu heç vaxt unutmamaq.Qəlbində bağlşlamaq,qisas almamaq,ona qarşı kin saxlamamaq lazımdır.

Axı bağışlamaq cəzalandırmaqdan daha gözəl hərəkətdir,böyüklükdür.

Bununla belə xəyanət edəni öz həyatından silmək lazımdır.Uzaqlaşdırmaq və silmək.

Xəyanəti unut , ürəyini pisliklərdən uzaq tut və yaşa...xoşbəxt yaşamağı öyrən.

Xoşbəxtlik kimi üçün meşədə kiçik koma,kimi üçün ay altında tənha ağac...kim üçünsə bu ağacın kölgəsində qovuşmaqdır.

Kimi dənizin ortasında qəsrlər,kimi böyük şəhərlərdə villalar,saraylar arzulayır...kimi isə dənizin özünü seçir,şəhərin özünü seçir xoşbəxt olmaq üçün.

Bəziləri üçün xoşbəxtlik səmaya doğru yönələn cığır...digərləri üçün yeni imkanlardır.

Kimsə çəmənlikdə çiçək topasını görüb xoşbəxt olursa...bir başqası bu çəmənliyin üzərindən keçən səma dolu ulduzlara baxıb xoşbəxt ola bilir.

Kimi günəşin doğuşunu sevir...kimi qürubunu.

Kimi də ulduzlar və kosmos haqda düşünür.

Kimini xoşbəxt etməyə möcüzələr lazımdır,kimini də buludların yaratdığı adi siluetlər belə xoşbəxt edə bilər.

Kimi dünyadan ayrılmaq istəyir,kimi də dünya olmaq istəyir.

Kimi də...

O bir dünya istədi içində mən olum.Mənsə sadəcə onu istədim,içində bir dünya olan.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 900
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri