Monoton həyat yaşayan qadın xəyanət edir

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 5 514
Səs ver:
(səs: 4)
Kolorado Universitetinin psixoloqu Cenifer Harmanın fikrincə, əgər səbəb yoxdursa, qadın heç vaxt xəyanət etməz. Yəni qadın xəyanətinin arxasında mütləq kişinin yaratdığı bir səbəb var.

ABŞ ailə psixoloqlarının fikrincə, qadının xəyanət etməsinə səbəblər çoxdur. Qadını xəyanətə sürükləyən ilk səbəb intiqam hissidir. Ərindən, sevgilisindən kobudluq görən, qayğı, diqqət görməyən qadın xəyanət etməklə intiqam aldığını düşünür.

Əgər qadın gənc yaşlarından ailə həyatı qurubsa, o, xəyanətə daha meylli olur. Belə qadınların ailə həyatı qurmamışdan öncə seks həyatı olmadığı üçün onlarda seks aclığı olur və özlərinə yeni partnyorlar axtarmağa başlayırlar.

Bəzi qadınlar darıxdıqları, monoton həyat yaşadıqlarını düşündükləri üçün xəyanət edir. Bu, imkanlı ailələrdə baş verir.

Mütəxəsislərin fikrinə görə, romantik xarakterli qadınlar da xəyanətkar olur. Belə qadınlar öz kişilərini ancaq xəyallarındakı kişi ilə qarşılaşdıqları zaman dəyişirlər. Yəni onlar öz həyat yoldaşlarına "ağ atlı şahzadələri” ilə  xəyanət edirlər.

Ailədə şiddətə, zorakılığa məruz qalan qadın da xəyanət edə bilər. O, hər zaman şəfqətli, nəvaziş göstərən, qayğıkeş kişi axtarışında olur və belə kişi ilə qarşılaşan zaman özünü onun ağuşuna atmaqdan çəkinmir.

Qadını xəyanətə sürükləyən başqa bir səbəb isə sevgidir. Bəli, xoşbəxt ailə həyatı yaşayan qadın belə, özü də hiss etmədən başqa birinə aşiq ola bilir. Yəni qadın daha həyat yoldaşını, yaşadığı həyatı düşünmək iqtidarında olmur.

Çox nadir hallarda fizioloji tələblə qadın xəyanət edir. Həyat yoldaşı xaricdə çalışan, xəstə olan və ya cinsi əlaqədə həyat yoldaşı ilə orqazm yaşaya bilməyən qadın xəyanət etməyə başlayır. Bu xəyanət sevgi əsaslı olmur.

Bir çox ailələr var ki, ancaq övladlarına görə bir evdə yaşayırlar. Kişi evə otel kimi gəlir, qadınla maraqlanmır, qadın sanki evin qulluqçusuna çevrilmiş olur. Bu zaman qadın yoldaşına nifrət etməyə başlayır. Seks həyatı olmayan qadınlar özləri üçün arxa–dayaq ola bilən, ağlayanda sığına biləcəkəri bir çiyin axtarırlar. Və inamlarını kimsə qazana bilirsə, onunla hər şeyə razı olurlar.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 5 514
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri