Kişi və qadın xəyanətinin fərqini aydınlaşdıraq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 884
Səs ver:
(səs: 2)
Kişi-qadın fərqli olduğu üçün sevgidə və onların arasında fərqlilik hiss olunur. Qadınlar seksdə əsasən duyğulara üstünlük verirlər kişilər isə daha çox fantaziyaya. Kişi ilə qadın xəyanəti arasında fərqi əksər insanlar ayırd etməkdə çətinlik çəkirlər, bəlkə də heç fərq qoymaq istəmirlər, amma dərininə getsək görərik ki, aralarında nə qədər fərq var. Məsələ bundadır ki, kişinin başqa qadınla hər hansı bir fiziki kontaktı bu həyat yoldaşına, və ya sevgilisinə xəyanət deyil. Bu münasibət, ona qarşı sevginin azalması və ya sevgisinin tamamilə bitməsindən əmələ gəlmir. Qadınlarda isə bu belə deyil.
Bir tanınmış azərbaycanlı psixoloq qadıının dedikləri: "xəyanətdən əziyyət çəkən, bunu fəlakətə çevirən qadınlarımıza demək istəyirəm ki, kişilərin qıraqda intim münasibətinə xəyanət demək olmaz, bu bir əyləncə, istirahətdir.” Belə bir fikir də var ki, "qadınlar xəyanəti başqasına qarşı sevgidən edirlər kişilər isə bir əyləncədən, və ya tələbatdan”. Bu fikirlər məncə cox doğrudur və bütün cəmiyyətlərə aiddir. 
Bir rus saytında kişi xəyanəti haqqında gedən mövzunun başlığı belədir: "təbiətlə müqaisə etmək.” 
Yəni kişilər belə yaranıb, belə də olmalıdır. Bunu heç kim dəyişə bilməz. Kişilər tez bir zamanda yad qadına qarşı ehtiraslana bilər, qadının bircə barmağının işarəsi və ya səbəbli baxışları bəs olur ki, kişini "yoldan çıxartsın.” Əgər hansısa qadın kişiyə intim münasibət təklif edirsə onda kişini bu münasibətdən heç nə saxlamır.
Amma qadınlar belə olmurlar. Qadını ehtiraslandırıb onunla intim əlaqəyə girmək çox müşkül məsələdir, qadın elə-belə boş yerə ehtiraslanmaz. Ailədə hansısa ər, öz qadınına xəyanət edirsə burda evdəki qadının günahı da ola bilər, yəni buna şərait yarada bilər, əri ilə münasibətə girmiş ikinci qadını da günahlandırmaq lazımdır. 
Əgər bir gün qadın eşitsə ki, əri ona xəyanət etmişdir onda bunu fəlakətə çevirməli deyil! Hamı elə bilir ki, daha çox kişilər xəyanət edir.Yenə də başqa bir tanınmış azərbaycanlı bir psixoloq qadının dedikləri: "hamı elə bilir ki kişilər daha çox xəyanət edir amma ümumi dünya üzrə götürsək onda daha çox qadınlar xəyanət edir”. Həm də kişilər kiminlə xəyanət edir? Qadınla. Deməli o qadın da xəyanətkardır. Burda say etibarilə bərabərlik olur. Müdrik qadın həyat yoldaşının xəyanətini başa düşüb bağışlayır və başqasının yanında bu barədə danışmır, bunu görə ailəsini dağıtmaz.
Qadın xəyanətinə gəlincə bu barədə adam danışmaq belə istəmir. Bu əsl xəyanətdir! Hətta deyərdim ki, cinayətdir! Bütün ailə üzvlərini biabır edir, yaxınlarına ləkə gətirir. Qadınlar başqa kişi ilə intim əlaqəyə sadə bir addımdan girmir, əlaqəyə girdiyi kişiyə qarşı sevgi hiss olur deməli. Əgər bu cinsi əlaqə (xəyanət) baş tutubsa deməli o qadın o kişini yaxşı tanıyır, ona qarşı duyğuları var həm də qadın bu hadisəni ömürünün axırına qədər yaddan çıxartmayacaq. 
Ona görə qadın xəyanəti dəhşətlidir! Həm də qadın anadır, tərbiyyəçidir! Heç bir halda xəyanətkar qadını bağışlamaq olmaz. Hələ başqa misalları çəkmirəm. Həm də deyirlər ki, qadın xəyanətinin ən çox səbəblərindən biri qadın ərinin xəyanətini görüb, xəyanətlə qisas almasıdır. Bu bir bəhanədir belə qadın üçün, bir xarici qadın psixoloqun dediyinə görə, belə qadınlar bəhanə axtarır ki, bir səbəb olsun başqası ilə intim əlaqəyə girməyə, ərinin xəyanətini görcək əlində əsas səbəb, bəhanəsi olur. 
Kişi və qadın xəyanətini çox fərqləndirmək olar.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 884
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri