Niyə xəyanət edirik?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 261
Səs ver:
(səs: 1)
Əsrlər boyu insanları düşündürən, bəzən isə insanlıqdan belə çıxmağa vadar edən problemlərdən biri də, bəşər övladının bir-birilə münasibətində davranış problemi kimi xarakterizə olunan xəyanətdir. Əsasən, kişilərdə tez-tez rast gəlinən xəyanət günümüzdə qadınlarda da müşahidə olunur. Bu səbəbdən ailələr dağılır, münasibətlər pozulur.

Bəs xəyanət nədir? Bir insanın xəyanət etməsinə səbəb nə ola bilər? Xəyanət həqiqətən psixoloji problemdir, yoxsa xarakter problemi? Qadın-kişi münasibətlərinə həssaslıqla yanaşılmasına baxmayaraq, tərəflərin xəyanətə görə, münasibətlərinin pozulması adətən, dərin depressiya, ağır travmalar və özünəqəsdlə də nəticələnir. Getdikcə xəyanət etmək sanki daha çox asanlaşır. İnsanlar asanlıqla bir-birinə yalan danışa bilir, zamanla daha da irəli gedib, həyat yoldaşlarını iş yoldaşları, dostları ilə aldadırlar. Müasir dünyada yaşasaq da, hələ də aşa bilmədiyimiz bir çox tabular var ki, bu səbəblə münasibətdə olan, yaxud evli olan iki şəxs davranışlarında bir-birinə nəzarət edir, göz qoyur, özünə qarşı gördüyü hər hansı bəyənmədiyi davranışı xəyanət kimi qarşılayır.

Sosiallaşan insanın əks cinslə geniş münasibətlər qurması, iş yeməkləri, iş səyahətləri, ətrafıyla daha geniş münasibətlərin yaranması davranış problemləri yaradır. Beləliklə, davranışlarda nəyin harada uyğun olub-olmayacağını aydınlaşdırmaq çətinləşir. Bu bir qədər də şəxsiyyət məsələsi olduğu üçün, insanların xəyanət anlayışı bir-biriylə ziddiyyət təşkil edir. Avropaya nisbətən Azərbaycanda xəyanət anlayışı kişilərin baxışından namussuzluq, qadınların baxışıyla "öyrəşilmiş məcburi çarəsizlik” sayılır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 261
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri