Xəyanətlə üzləşdiyinizdə hər şeyi kontrolda saxlamağı bacarın

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 292
Səs ver:
(səs: 1)
Gec saatlara qədər uzanan görüşlər, cib telefonlarına gələn gizli gizli çağırışlar, birdən dəyişən vərdişlər. Bütün bunlar bir böhranın əlaməti, yoxsa əlaqədə bir üçüncü adam var? Heç kəs qəbul etmək istəməsə də, bir çox adam aldadan və ya aldadılan olaraq, xəyanətin bir tərəfində yer alır. Əgər aldadılan qadın tərəfsə, bunu həyatın reallıqlarından biri kimi qəbul etməyi öyrənməyiniz lazımdır. Bunu qəbul etmək istəməsəniz, başınıza gələnlərdən uzun müddət əzab çəkməyə məhkumsunuz demək.

Son olaraq dərin bir nifrət
Xəyanətə uğradığını öyrənən qadınlar adətən oxşar reaksiyalar verir. Əvvəl böyük bir qəzəb, sonra xəyal qırıqlığı və son olaraq dərin bir nifrət hiss edər. Çox zaman digər qadının tanış olması, həyat yoldaşının əlaqəsinin hər kəs tərəfindən bilinir olması, ya da uzun müddətdir ki, davam etməsi, vəziyyəti mürəkkəbləşdirən amillərdir. Baş verənlər nə qədər acı olsa da, əhəmiyyətli olan artıq qərar verməyiniz lazım olduğu həqiqətidir. Ya münasibət davam edəcək, ya da bitəcək. Seçki hansından yana edilərsə edilsin, əvvəlcə sakit davranmalı və həll üçün yollar axtarmalıdır.

Qətiyyən təzyiq etməyin
Ayrılmaq istəmirsiniz, tərəfdaşınız və özünüzün səhvlərini nəzərdən keçirin. Gələcəkdə nəyi daha yaxşı etməyə qadir olduğunuzu danışın. Bütün proses boyu sakit qalmağa çalışın. Həyat yoldaşınızla yaxın olmağa diqqət göstərin. Onu hələ sevdiyinizi və ona ehtiyacınız olduğunu bilməsinə icazə verin. Ona təzyiq etməyin. Dostu olduğunuzu və keçmişdə yaşanan gözəl günlərə qayıda biləcəyinizi ona hiss etdirin.

Qadınlar nə üçün ayrılmaz?
Bir çox qadın yoldaşının xəyanətinə baxmayaraq əlaqəsini davam etdirməyi üstünlük verir. Xüsusilə maddi asılılıq, çox zaman qadınların boşanmamaq üçün ən mühüm səbəbləri.

Bundan başqa təsirli olan səbəblər isə:
Uşaqların gələcəyi ilə bağlı qayğılar.
Həyat yoldaşından müstəqil bir şəxsiyyətə sahib olmama.
Sosial statusu itirməmək istəyi.
Ailə və ya ətrafın təzyiqi.
Hər kişi xəyanət edər düşüncəsi.

Təhdid etmək çox yanlış
Barışmaq niyyətində olan bir çox qadın, hirsinə məğlub olub, duyduğu qəzəblə yoldaşını müxtəlif vasitələr istifadə etməklə təhdid edir. Bunların başında uşaqlar gəlir. "Uşaqları bir də görməyəcəksən" kimi təhdidlər sizə dönmək istəyən bir kişini daha çox uzaqlaşdırar. Uşaqlarınızı və ya dairənizi həyat yoldaşınıza qarşı qızışdırmağın. Bu vəziyyət həm həyat yoldaşınızın qaytarmasını çətinləşdirir, həm də gələcəkdə münasibətiniz düzəldikdən sonra sizi narahat edir. Özünüzü bir az geri çəkin. Kartlarınızı açıq oynayın amma sirli biri kimi qalmağa diqqət edin.Keçmişə, sevginizə və ya uşaqlara baxmayaraq, qərarınız ayrılmaqdan yana isə, mal bölgüsü və varsa uşaqların vilayəti məsələsində razılığa gəlməyə çalışın.

Bəhanələr var, açıqlama yoxdur
Psixiatriya mütəxəssislərinə görə münasibətinin pis getməsi aldatma səbəblərindən yalnız biri. Çünki kişilər xoşbəxt olduqları halda da xəyanət edə bilərlər.
Asılılıq yaradan maddələrlə çətinliklərini aşmağa çalışanlar kimi, bunu şorgözlüklə də edənlər var.
Həyatının başında uğursuz olan insanlar,həyat yoldaşına xəyanət edərək özünü ovutmağa çalışır.
Mania xəstəlikləri cinsəl istək üzrə təsirli olub,xəyanətə sürükləyə bilər.
Yaşın irəliləməsi ilə birlikdə andropoz dönəm də xəyanətə yol aça bilər.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 292
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri