Gülmək də sağlamlığa xeyirdir

Müəllif: Lalə B.
Şərhlər: 6
Baxılıb: 5 882
Bölmə: QaDıNLa.CoM
Səs ver:
(səs: 0)
Hər il oktyabrın birinci həftəsi ümumdünya gülüş günü kimi qeyd edilir. Bu günün tarixi isə amerikalı rəssam Harvi Bella ilə bağlıdır. Belə ki, ona sığorta şirkətinə loqotip hazırlamaq barədə sifariş verilib. O, böyük sarı gülən üz təklif edib. Bununlada 1963-cü ildə "smayl" kimi tanıdığımış işarə "dünyaya gəldi".

Gülüşlə bağlı maraqlı bir sorğu keçirilib. Sorğunun nəticələrinə görə, ən gözəl gülüş Merlin Monroya məxsus olub. Ən icə gülüşün sahibi Keyt Midelton, ən böyük gülüşün sahibi isə Culiya Robertsdir.
ANS PRESS gülüş günü ərəfəsində gülməyin faydalarını təqdim edir. Oxuyun və üzünüzdən təbəssüm əksik olmasın.

1. Gülüş nikbinlik əlamətidir. Belə ki, gülmək beta endorfinin miqdarını artırır. Bu hormon isə stres və kədərlə mübarizə aparmağa kömək edir.
2. Gülüş ağrını azaldır. Təbəssüm ağrı hormonlarının işinin passivləşməsinə yol açır.
3. Gülüş cavanlaşdırır. Gülən insanın ancaq üzündə 17-yə yaxın əzələ hərəkət edir. Yəni nə qədər çox gülsək, bir o qədər az qırış sahibi olarıq.
4. Alimlərin araşdırmasına görə, gülən insanlar yaşlarından daha gənc görünürlər.
5. Avropalı mütəxəssislər hesablayıblar ki, kişilərin 58 faizi qadınların gülüşünə və onların dişlərinə diqqət edirlər (qadınların isə 71 faizi).
6.Gözəl gülüş özünəinam hissini yüksəldir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 882
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri