5X & 1S - Müzakirə meydanı (1. hissə)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 16
Baxılıb: 2 847
Səs ver:
(səs: 1)
Saytın oxucuları və userlərinə yeni layihəmin ilk bölümünü təqdim edirəm.
Bu bir az fərqli layihədir. Bu layihədə hər dəfə 5 userə əvvəlcədən müəyyən edilmiş bir mövzu barədə suallar göndərilir və onlardan bu mövzu ətarfında fikirləri soruşulur. İlk mövzumuzu saytın yenicə ana olan, körpə uşaqlı analarına göndərdim...

Və sualları bu cür qoydum:
"Yeni ana olan bir qadın kimi nə kimi problemlər yaşayırsan? Göz bəbəyin kimi qorumalı olduğun bir körpən olması gözəl olduğu qədər də yorucu deyilmi? Səncə nə olsa sən bu müddəti tam rahat bir şəkildə yaşayarsan?
Və ana olmaq üçün verdiyin qurbanlar var bilirəm, dəyərmi səncə? "


Gəlin görək saytın yeni ana olan userləri bu sualları necə cavablandırıblar.

5X & 1S - Müzakirə meydanı (1. hissə)
Salam canim yeni layihen ugurlu olsun
Her kesin oldugu kimi bizdede bezi problemler olur hell etmeye caliwiriq nede olsa bir ana kimi körpəmlə bagli her problemin ohdesinden gelmek borcumdur
Elbette bezii meqamlarda yorucu olsada onun varligi her şeyi unutdurur bizim korpelerimiz Allahin bizə bəxş etdiyi bir əmanətdir canimizdan bir parcadir onu sevib qorumaliyiq
Evladimi yaxwi yawatmaq ucun werait cox onemlidi sevgini nevaziwi artiqlamisiyla evladima vere bilirem bezi meqamlarda maddi baximdan cetinlik olur yeqinki imkanim biraz daha cox olsaydi bu muddeti cox gozel weraitde yawaya bilerdim şükürlər olsun Allahima bununda öhdəsindən hələki gelirik inweAllah her zaman belə olar.
Ve ana oldugumcun verdiyim qurbanlar saysizdi buna deyer evladimdan otru canimi bele vererem ana olmaq gozel duygudur sevgi ister fedakarliq ister bunu butun ana olanlar bilir ve inaniramki her bir ana oz övladına canınıda qurban vermeye hazirdir
Olmayanlarada Allah qismet eləsin.Aminn!


Ilk once yeni layihen xeyirli olsun Canim.
Demeli bele.. Bir oglum var idi 2 yaw yarimliqdi ve yenice allah mene bir denede ogul payi verdi. Dogum evinden cixandan ele cox isteyirdim gedim anam gilde qalam o uwaqlarima baxsin men biraz toparlanim. Elbetdeki ne hamileliyimde nede doguwdan sonra o rahatciligim olmadi. Bezi agrilarim vardi qizlarin bir necesi bilir,
gece sehere kimi aglayirdim. Ele bilirdim hec yaxwi olmayacam. O halimlada gece gunduz uwaqlarimin ikisinede baxirdim. Tesevvur edin boyuk oglumu krafatina qoyub ayagimla yelleyirem, korpemide qucagimda emzirirem. Cox cetindi. Cox vaxt ayagimin keyidiyini gorurem yelleyerken. Ama yenede halimnan memnunam. Allah hec bir evi körpəsiz elemesin. Onlar bizim her şeyimizdi. Bir məsəl vare deyiller anadan emdiyim sud burnumdan geldi e bax men heqiqeten ele oldum. Ilk bir necə gün o qeder pis kecdiki menimcun. Bu gun balamin uzune her baxanda, onu qucagima her goturende butun her weyi unuduram. Sanki Səidim göyden düşüb. o qeder eziyyeti men cəkmemişəm. Onlar üçün her çətinliyə dəyər..
Boyuk oglum teze dogulan vaxt yadima duwdu. Hele 10 15gun olardi doguldugu evleri temizleyirdim. Evdede qonaqlarimiz vardi yatili qalirdilar bir nece gun idi. Heme qonagin nevesine tapwirib iwime bawladim. Qayinanam her deq bacisina ozun gostermek ucun meni eseblewdirir inanin Allaha iwimi telesik qurtarib uwagi qucagima aldimki yedizdirem uwaq nece emmeye bawladisa ac goz kimi, ozumden asili olmadan honkur honkur aglama bawladim. Gozumun yawi balamin uzune tokulurdu. O qeder pis olmuwdumki. Uwagim ac qalib ne var ne var qayinana dir dir edecek. o an omrum boyu gozumun qabaginnan nede yadimdan cixan deyil.


İlk öncə səni və bütün dəyərli oxucularımızı salamlayıb,Layihənə dəvət etdiyin üçün təşəkkürümü bildirib,layihənin uğurlu olmasını diləyirəm canım..
İlk öncə deyim ki..belə bir deyim var "Hər meyvə öz fəsilində gözəl" ana olmaqda fəsilində yetişən meyvə kimidir..Yəni əyər bir bir qadın müəyyən yaş həddiynə çatanda (özünü hazır hiss edəndə) ana olarsa..Rəbbim 10 ay öncə məni Ana elədi,5 il sonrada edə bilərdi..hərdən düşünürəmdə zamanı deyildi ANA olmağın sanki..dünyaya gətirdiyi və göz bəbəyi kimi qorumalı olduğu o körpəyə layiqincə baxar,hər nazıyla oynar..Amma ki əyər qadın arzuları reallaşmamış və vaxtından tez evlənərsə..sonradan ortaya çox problemlər çıxar..
Hərdən balaca çiyinlərim bu yükü qaldırmır sanki..bəzən elə oıur səhərə qədər yuxusuz qalıram,yeməyimi ayaq üstə yeyirəm..etmək istədiyim şeyləri edə bilmirəm...Və bu məni bəzən çox yorur..əlbəttəki mənim taylarımda anadır indi..O günahsız bir körpədi..ona əsəbləşəndə düşünürəm ki ,kimsə zorla "al bu uşağı saxlamalısan" deyib getmədi..onu mən bətnimdə daşıdım..dünyaya gətirdim..və bugün öz psixoloji problemlərim və ya gerçəkləşməmiş xəyallarım üzündən ona küsə bilmərəm..Qəbul edirəm hərdən çox yorucu olur..ama bir gülüşü,bir məsüm məsüm yatması o yorğunluğu yox edir sanki..Bəzən qızım qucağımda güzgüyə baxdıqda ,bir anlıq donub qalıram sanki..çünki illər əvvəl heçvaxt bu yaşda evlənib də ANA oıacağım ağlıma gəlməzdi..Həmişə özümü gəkəcəkdə "Ali təhsilli ,xəyallarını gerçəkləşdirmiş və 24-25 yaşda ailə qurmağa qərar verən bir qız kimi görmüşəm."Olur da iştimayyiyət arasında mən körpəmlə gəzərkən,yaşıdlarım təhsili ilə maraqlanırlar..və bir özümə,birdə onlara baxdıqda pis oluram hərdən..məsələ təkcə təhsil deyil həmdə..vaxtından tez böyüdüm..gəncliyimi doya doya yaşaya bilmədim mən.Sanki ana oldum və içimdəki şıltaq qız öldü..Bütün bunların səbəbi məhz "erkən evlilikdir".Qızlar evlənərkən 100 ölçüb 1000 biçməldir.bütün bunları nəzərə almalıdır..
-Nə mi olsa bu müddəti istədiyim kimi yaşayaram?
-"Qayğı..Dəstək"
Hərdən ətrafımdakılar,ailəm məndən çox şeylər gözləyirlər..hər xırda şeylərə əsəbləşərək,uşaq çox ağladığında onu bəzən qucağıma almaq istəmədiyim vaxtlarım olub"bu bir tək məndə yox,bir çox gənc analarda olub bilirəm..Ama di gəlki ətrafdakılar məni bu məsələdə anlayıb,dəstəy olmayıblar.əksinə danlayıb ,qınayıblar..Hərkəs uşağa meylini salıb,onunla maraqlanarkən..sanki sevgiyə "AC " qalmışam..Özümü tənha hiss etmişəm..O istədiyim dəstəyi,qayğını görsəydim bu müddəti mən istədiyim kimi yaşayardım.
Sonuncu verdiyin sual mənidə çpx düşündürür..ki "Görəsən bu qədər əziyyətlə,yuxusuz gecələrimlə saxladığım evladıma dəyəcəkmi?O mənim istədiyim (gələcəkdə görmək istədiyim) əxlaqlı,dürüst,Ana-Atasının başını yerə salmayan Evlad olacaqmı?"Nə bilməy olar..Həyatın qanunu budur..Vaxti ilə mənim Anamda mənə görə qurbanlar verib..Məndə bugün öz körpəm üçün qurbanlar verirəm,verəcəm..və mənim balamda..


Once salam Lahiyede menede yer veridiyin ucun tesekkur edirem.
Men 4 il sonra hamile xeberimi almisam Ve sevincimin heddi hududu yox idi.ele dusunurdum ki dunyada menden xosbextdi yoxdu.9 Ay balami sag salamat betnimde gezdirdim.duzdu cox agrilarim acilarim oldu.Ama sukurler olsun 9 ay sonunda 9 oktyabr 2017-ci ilde balami qucaqima aldim.O gun baska bir alem idi.Qizimi ilk gorusum.Onu ilk opub de aglamagim.Mence bundan boyuk sevnc ola bilmezdi.
Qizim artiq 11 ayliqdi.Beli coxlu problemler yasaya yasaya gelib 11 ayimiza catmisik.Onun qorumaq cetindi.cox cetin Ana olmag umimiyyetle cetin.indi basa dusurem ki Anam menim ucun ne qeder ezyet cekib..
Qizim balaca iken xesdelendi iyne derman zorla balami saglamliqina qovusdurdum.Sukurler olsun.9 Ayinda balamin Disleri cixdi.Sukurler olsun.Ama yorucu deyil onu saxlamag nazin cekmek.Yaman miz miz qizim var.Ama herden eseblesib qisqiriram..
Qizim ucun dunyaya gelmesi ucum neler etmemisem ki.Onun ucun ne etsem azdir.Menim Canim qizimdir.Yasama sebebimdir.Qizim ucun ne etmisem se hamsina deyer.Onun birce gulusu besdir.meni xosbext etmeye..


Salam olsun herkese ilk once onu deyimki yeni ana oldugum vaxtlarda sanki depressiyada idim cox cetin gelirdi mene ilk defe ana olurdum mesuliyyetli ve yorucu idi bununla yanasi sozle ifade edilmeyen gozel hissler yasayirdim. Soyuq qış aylari men ve qizim geceni ikimiz ana bala basa vururduq qaynanam işlediyine gore cox yuk olmurdum ona usagi qucagimda saxlayirdimki aglayib evi bir birine qatmasin. Səhər yene bir gozum aciq bir gozum bagli onun qullugunda dururdum yadima dusdukce uzumde bir gulumseme yaranir axi o menim can parcamdi yavrum onu herseyden qorumaq ona baxmaq sevgi gostermek bunlar hamisi ananin usdune dusen vezifelerdir ananin borcudur dunyaya getirdiyi ovladina goz bebeyi kimi baxsin hec bir Allah bendesi ne qeder yaxsi olur olsun Ana kimi baxa bilmez (bu menim fikrimdi)Ana dediyin gozu aciq olmalidi ne olur olsun bir anliq bow buraxsan ne ise ola biler Allah uzaq etsin(menim can parcam basimin bosdugunnan yixilib yere helede vicdan ezabi cekirem(bir anliq sehvin neticesinde cox seyler ola biler ona gorede korpeni nezaretsiz qoymaq olmaz qetiyyen butun is guc hersey qurban olsun ovladlarimiza yeterki canlari saglam boyusunler. Men qizima gore canimdanda kecerem cunki canimdan artiqdi o menimcun o dunyaya gelenden sonra anladimki analiq nece bir hissdir yeri gelse ona gore hamiya qarşı çıxdım nəsə deyende oz bildiyimi etdim cunki o menimdi neyin yaxsi neyin pis oldugunu men bilirem qiraqdan mudaxileler cox olur amma usagin dilini en yaxsi ana biler her gelib geden cox soz deye biler.Bax beləce qisa sekilde fikirlerimi yazdim.Bütün bu cetinlikler bir balaca sirine deyermi?mence artıqlaması ile dəyər dunyada övladdan şirin varlıq yoxdur ana olandan sonra bunu anladim.

Bu yazılanlar qızların fikri idi, buyurub sizdə qoyduğum mövzunu şərhlərinizdə müzakirə edə bilərsiz. Bir şərtlə ki bir birinizin müzakirəsinə qarışmayasız.
Növbəti mövzuda da həmin mövzuya uyğun xanımlar iştirak edəcək. Sizlərdəndə hər an birinizə müzakirə layihəsinə dəvət gələ bilər hazır olun))
Və sonda ilk bölümdə iştirak edib, öz maraqlı fikirlərini bizimlə bölüşən bacılarıma təşəkkür edirəm. ALLAH hər birinizin övladını(larını) qorusun.
(səs: 1)
Şərhlər: 16
Baxılıb: 2 847
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri