Mənim sınanmış reseptim - Kəsmikli bükmə (30)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 2 407
Səs ver:
(səs: 0)
Salam usercanlar. Tatyana bacımla ortaq layihəmiz olan)) "Mənim sınanmış reseptim"-də bu gün yenə də bir ləziz reseptlə tanış olacaqsız. Sİz də paxıl olmayın, sınanmış reseptlərinizi göndərin paylaşaq.

KƏSMİKLİ BÜKMƏ


XƏMİR ÜÇÜN:

3 st un
1 st (250qr) yağ
2 x/qaşıgı xama
1 st qatıq + 1c/q soda

Xəmirin hazırlanma qaydası:

Yağla unu umac edib, xamanı ve sodalı qatıgı töküb xemir edirik (cox asan,sade)
Mənim sınanmış reseptim - Kəsmikli bükmə (30)




İclik:

Yarım kg kəsmik
1 st şeker
Vanil

Hazırlanması:

Kəsmiyə, şəkər, vanil qatıb yavaş-yavaş qarışdırırıq (kəsmik əzilməsin)




Xəmirden balaca kündələr götürüb(yumurta boyda) yayırıq(unsuz yayılır,yapışmır) içinə içlik qoyub xəmirin ağzını yapışdırırıq.





Şəkildeki kimi ve bükdüyümüz terefi alt hisseye salıb formalaşdırıb liste düzürük,



180 dərəcədə üstü azca qızaranadek bişiririk, soyuquqdan sonra şəkər pudrası sepirik üstüne. Mən şəkili cekende isti olduguna göre şəkər pudrası tökməmişdim, ona göre biraz rəngsız görsene biler)



Nuş olsun!
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 407
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri