Qadınla.Com'un kitabsevər qızları - Lusi

Müəllif: my_angel
Şərhlər: 10
Baxılıb: 4 391
Səs ver:
(səs: 0)
Salam olsun Qadınla.Com'un hörmətli istifadəçilərinə :03: Keçid alaq layihənin mövzusuna :20:
Deməli, oxuyub ən sevdiyiniz, bəyəndiyiniz bir kitab haqqında məlumat verəcəksiniz, bu kitabı nəyə görə bəyənirsiz? Kitab sizə nələr aşıladı? Kitab haqqında qısaca özət də keçə bilərsiniz) Və beləliklə kitabsevər istifadəçilərimiz (elə biri də özüm :)) həm kitab örnəyi almış olacaq,həm də yeni kitablar və onların mahiyyəti haqqında öyrənmiş olacayıq.

Layihəmin ilk qonağı özü də yazar olan saytımızın yazaristi Qönçə xanım - Lusi nikidir. Görək Qönçə xanımın ən çox bəyəndiyi kitab hansıdır:
"Lahiyəyə sevdiyim kitabın bu cümləsi ilə başlamaq istəyirəm - "Bazı insanlar bir kitaptır, bazıları ise bir sayfa"
Siz kitab olun ❤
Kitabı oxuduğumun üstündən neçə illər keçib, nece yaz qış görüb, nece kitablar oxumuşam. Amma oxuduqlarım arasında hər zaman mənim üçün ilk başda gələn "Ahmet Batmanın - Bana ikimizi anlat" kitabı olub...
17 ya 18 yaşım olardı, o yaşlarda gənc qızlar bəlli bir dönəmdən keçirlər. Məndə o yaşıma qurban getmişdim. Ayağa qalxa bilmirdim. Qalxırdım təkrar düşürdüm. Ancaq bu kitabı oxuduqdan sonra qalxdım, bir daha düşmədim. Hec kim əlimdən tutmazkən, bu kitab mənim əlimdən tutdu. Mən məhşur yazıcıların yazdığı klassik romanları oxumağı sevmirəm. Dəfərlə olubki, oxuyub yarıda saxlamışam... Mənə rahat gəlməyib, onun üçün sizə rahat gələcək, özünüzü tapa biləcəyiniz kitablar oxumanız daha məsələtlidir. Məndə özümü tanıyandan belə edirəm :)
İndi isə keçim kitabın içində yazılan kicik amma bir o qədərdə böyük olan dünyaya. Kitabın iki baş qəhrmanı var - "Rüzgar və Yağmur"
Məncə, bir kitabda baş qəhrmanların olması çox vacibdir. İnsan hər baş qəhramandan bir dərs çıxarmalıdır. Bu kitab isə oxuyucularına dərs çıxara biləcəyi bir hekayə tədqim edir. Rüzgar uşaq vaxtı velesopet ilə qonuşu qızı Yağmur ilə toqquşur. Onun hekayəsidə məhz burda başlayır. O günü uşaq ağılı ilə Yağmura aşiq olur. Aradan illər keçir artıq böyüyürlər. Və ən yaxın iki dost olurlar. Bu Yağmur tərəfindən belə olur. Rüzgar isə onu qarşılıqsız sevməyə davam edir. Kitabın gözə çarpan məqamlarından biridə, qarşılığı olmayan bir sevgidi. Hər gəncin başına gələcək bir hadisədi. Yağmurun isə bir sevgilisi olur. Sevgilisi ilə araları dəydiyində, Rüzgarın yanına gəlib ona hər seyi danışır hər dəfə. Burda dayanıb, bir anlığına özünüzü Rüzgarın yerinə qoya bilərsiz? Siz olsanız nə edərsiz? İçiniz necə olar?
Rüzgar hər dəfəsində Yağmurun yanında olub ona dəstək çıxmağa çalışır. O, bunu etdikcə özüdə çox acı çəkir. Onun üçün içini vərəqlərə tökür. Onun ən yaxın dostu bir qələm ilə dəftər olur. Məndə də zamanında belə olub :)
Günlərin bir günü Rüzgar içindəki hissləri daha çox tuta bilməyib, Yağmura onu sevdiyini deyir. Cavab isə neqativ olur... Rüzgar yaşadığı yerdən çıxıb gedir. Günlər sonra anasından gələn çoxlu zəng nəticəsində geri evlərinə qayıdır. Evə gəldiyində anasını divanda yatmış görür. Düşünürki ona səhər yeməyi hazırlasın, sonra oyatsın... Süfrəni hazır edib anasına yaxınlaşdıqda, nəfəs almadığını görür, əllərindən tutduqda əllərinin buz olduğunu hiss etməsi ilə anasının öldüyünü bilir...
Çamadanda tapdığı məktubları oxuduqda, ölən anasının öz anası olmadığını öyrənir... Sən demə öz anası onu dünyaya gətirərkən ölüb, və ona sahib çıxan qadın isə Rüzgarı dünyaya gətirməkdə kömək edən həkim qadın olub... Bildiyi həqiqətlər ilə yıxılan adam yaşadığı yeri bir dəfəlik tərk edir...
Üstündən aylar keçir. Rüzgar sosial şəbəkələrin birində özünə "Mecaz adam" altında bir blog açır. Yazdığı hər seyi orda paylaşır. İnsanlar ilə dərdləşib onlara kömək olmağa çalışır. Və günlərin bir günündə həmin bloga Yağmur yazır... Yağmur, Mecaz Adamın kim olduğunu bilməsədə, Mecaz Adam onu tanıyır. Onunla danışmağa başladığında Yağmurun sevgilisindən ayrıldığını, Rüzgarın yolunu gözlədiyini öyrənir. Yazarın toxunduğu əsas nöqtə Yağmurun, Mecaz adama özü ilə Rüzgardan bəhs etməsi olur. Yəni, ikisindən danışır... Rüzgarda onun üçün geri qayıdır...

Kitabda sadecə bir eşqdən bəhs edilsədə, o cür acı çəkən insanlar üçün güclü bir motivasiyadı məncə. Çünki, insan bilməlidiki birinin həyatına daxil olub, istədiyi vaxt onun yanına gedib gəlib, bivec davranaraq qarşındakı insanın hissini bir hec'ə sayıb özünü rahatlaşdırmağa çalışmamalıdı. Kitab mənə onuda göstərdiki, biz insanlar dəyər verənə hec dəyər vermirik. Bizə dəyər verməyinin arxası üçünsə sürünüb, ağlayarıq. Sorada göz yaşlarımızı qurutmaq üçüb başqa çiyin axtarırıq. Adam olmağa nə var? Bacarırsıza insan olun...

Son olaraq lahiyeni kitabda olan bu cümlə ilə tamamlamaq istəyirəm. Deyəsən, kitabda ən sevdiyim seylərdən biridə yazılan cümlələrdə özümü görüb, özümü tapmağımdı...

"Her ne kadar kendi hikayemizin kahramanı olsak da hayat bize her zaman kendimiz olma şansını tanımaz hikâye bizimdir ama kontrol kaderin elindedir..."

Hər sey qismət ....

Ps. Lahiyəndə mənə yer verdiyin üçün təşəkkür edirəm ❤ Ugurlu olsun!"


P.S. Mən təşəkkür edirəm,xoşdur :) Layihəyə qatılmaq istəyirsinizsə şəxsi ismarıcla mənə müraciət edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 4 391
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri